Tabloid.az
İlham Namiq Kamalın “sevgilisi“: “Deyirdilər ki, yaxın münasibətdəyik” – FOTOLAR
İndiyə kimi oynadığı bir neçə tamaşaya baxmışam. Hamısında, demək olar ki, eyni ampluadadır. Maraqlıdır ki, rejissorlar da sanki onu başqa ampluada görmürlər, yaxud da görmək istəmirlər. Onunla söhbətimiz aktrisası olduğu Dövlət Musiqili Teatrının həndəvərində, özü də “Fərzəli kefkom” tamaşasından sonra baş tutdu. Həm bu tamaşadakı rolundan, həm şəxsi həyatından, həm də haqqında gəzən şayiələrdən danışdıq.
Beləliklə, Publika.az Dövlət Musiqili Teatrının aktrisası Gülnarə Əzizova ilə müsahibəni təqdim edir.
- Gülnarə xanım, əvvəlcə başlayaq yaradıcılıqdan. Hansı yeniliklər var?
- Bu yaxınlarda “Qızıl toy” tamaşasını təhvil verdik. Çox uğurlu premyera oldu. Hətta səhnədə edə biləcəyimizdən daha artığını etdik desəm, yanılmaram. Tamaşaya o qədər tələbat oldu ki, bir ayda üç dəfə oynamalı olduğumuz halda, bir neçə dəfə artıq oynadıq.
- Səhv etmirəmsə, “Qızıl toy” bir neçə il əvvəl də sizin teatrın repertuarında olub...
- Bəli, amma uzun müddətdir oynanılmırdı. Təxminən 10-15 il əvvəl tamaşaya qoyulmuşdu.
- Tamaşada hansı rolu oynayırsınız?
- Zuzunu oynamışam. Mənə elə gəlir ki, tam fərqli bir Zuzu alınıb. “Yutub”da tamaşanın əvvəlki quruluşuna baxdım. Bu rolu məndən əvvəl əməkdar artist Nahidə Orucova çox gözəl oynayıb. Amma mən istədim ki, onun etdiklərini təkrarlamayım, özüm kimi oynayım. Tamaşadan sonra Nahidə xanım özü də mənə dedi ki, bu rolu özün kimi oynamısan. Ümumiyyətlə, “Qızıl toy”un bu quruluşu bir qədər fərqlidir, hətta deyərdim ki, müəyyən qədər “qədeşvari”dir.
- Yəni müasirləşməni nəzərdə tutursunuz?
- Buna müasirləşmə deməzdim. Noyabrın 6-da və 7-də oynayacağıq, gəlib baxarsınız..
- Sizin oynadığınz bir neçə tamaşaya baxmışam. Niyə hələ də sizə şıltaq, ərköyün qız obrazları həvalə edirlər? Nə üçün rejissorlar sizin sevgi qəhrəmanını oynaya biləcəyinizə inanmırlar?
- Mənim ilk iş yerim “İlham” Miniatür Teatrı olub. Mədəniyyət və İncəsənət Universitetinə qəbul olanda imtahanı Şəfiqə Məmmədova götürsə də, İlham Namiq Kamalın kursunda oxumuşam. Birinci kursda məni görən kimi öz teatrına dəvət etdi. Həmin vaxt “İlham” Miniatür Teatrında elə bir tamaşa yox idi ki, orada oynamayım. Tamaşaların doxsan faizində isə baş rollarda idim. Orada çox gözəl kollektiv formalaşmışdı. Əməkdar artistlər Nicat Kazımov, Almaz Mustafayeva, Hüsniyyə Mürvətova, Atabala Səfərov...
- Bəs Musiqili Teatrda niyə belə deyil?
- Bu teatra xor solisti kimi gəlmişdim və bir il işlədikdən sonra aktyor heyətinə qəbul olundum. Artıq on ildir ki, musiqili teatrda çalışıram. Etiraf edim ki, bəzi rollar ürəyimcə olmadığına görə onlardan imtina edirəm. Məsələn, ötən mövsüm dörd roldan imtina etdim.
- Hansı rollardır?
- Ad çəkməyəcəm, çünki o rolları mənim həmkarlarım oynayıblar.
- Deyirlər, aktyora nə verdilərsə, onu da oynamalıdır...
- Bu fikirlə qətiyyən razı deyiləm.
- Həmin rollar hansı baxımdan qane etməmişdi? Pyes zəif idi, tamaşanın quruluşu qane etmirdi?
- Yox, quruluş zəif deyildi. Amma elə pyeslər var ki, doğrudan da, məni qane etmir.
- Bəs o pyeslər teatra necə gəlib çıxır?
- Bizim teatrda zəif əsərləri qəbul etmirlər. Sadəcə, əsərdə mənə verilən roldan söhbət gedir. Özümü o rolda görmürəmsə, qəbul etmirəm.
- “Fərzəli Kefkom” tamaşasında özünüzü görürdünüz?
- Bəli, görürdüm. Cahangir Məmmədovun pyesidir. Burada tərcüməçi qızı oynayıram.
- Şəxsi fikrimi deyirəm, zəif pyesdir...
- Lətifələrdən yığılmış bir əsərdir. Bu tamaşanın quruluşunu “patok” yoldaşım Əhəd Hacıyev verib.Təbii ki, sonda Emin Sabitoğlunun musiqisi qələbə çalır. Əhədin sözündən çıxa bilməzdim. Həm də İlham Namiq Kamal, Fatma Mahmudova ilə səhnəyə çıxmaq mənimçün böyük şeydir. Fatma xanım və İlham müəllim qəbul edibsə, mən imtina edə bilməzdim.
- Tələbə yoldaşınız quruluş verib deyə, imtina etmirsiniz...
- Əsər də pis əsər deyil.
- Öz fikrimdə qalıram.
- “Yutub”da bu tamaşanın baxış sayına fikir verin. Həddən artıq çox baxılıb. Sizinçün zəif ola bilər. Çünki çox tamaşalara baxmısınız. Ümumiyyətlə, bəzən elə olur ki, tamaşaçının damarını tuta bilmirik, müəllifin nə istədiyini anlamaq olmur. Amma bu gün özünüz də gördünüz ki, xeyli tamaşaçı gəlmişdi.
- Ümumiyyətlə, teatrınızın tamaşaçı problemi var?
- Qətiyyən yoxdur. Adətən, deyirlər ki, teatrlar biletləri idarə və təşkilatlara satırlar. Amma bizdə bileti kassadan alıb gəlirlər. “Qızıl toy” tamaşasına gəlin baxın. Çox adam deyir ki, əşşi, bu tamaşa oynanılıb da. Elə deyil. Burada Nahidə Orucova, Əkbər Əlizadə, Əzizağa Əzizov kimi aktyorlar oynayırlar. Hətta rus truppasından iki aktrisa da tamaşada rol alıb. Halbuki, ilk quruluşda yalnız İzabella Şvets rus truppasından qoşulmuşdu. Bəzi teatrlar var ki, gedib tamaşalarına baxırıq. O tamaşalardan sonra öz teatrımıza şükür edirəm.
- Yəqin ki, söhbət Bakıdakı teatrlardan gedirsə, “Azdrama”nı, ya da Gənc Tamaşaçılar Teatrını nəzərdə tutursunuz.
- Bəli, bizim teatrın tamaşaçısı o teatrların tamaşaçısından daha çoxdur.
- Bu çoxluq həm də keyfiyyət deməkdirmi?
- Burada janr müxtəlifliyi də var. Gündəlik həyatımızda o qədər problemlər var ki... Məsələn, biri ağlamaqdan zövq alır, kimsə də deyir ki, gedək gülək, könlümüz açılsın. “Azdrama” təmirə dayananda ay ərzində 2-3 tamaşa verirdilər. Amma biz Dənizçilərin Mədəniyyət Evində hər həftə üç gün tamaşa oynayırdıq, bütün zal dolurdu.
- Həm də dövlət tədbirlərinin aparıcısısınız...
- Mənə tələbə olanda İlham Namiq Kamalın yubileyini apardım. Ora bir çox mötəbər qonaqlarla yanaşı, tanınmış diktorumuz Rafiq Hüseynovun həyat yoldaşı Zəhra xanım da gəlmişdi. Gözəl skripka ifaçısıdır, eyni zamanda filarmoniyada direktor müavini idi. O, mənim danışıq tərzimi bəyəndi və aparıcı kimi filarmoniyaya dəvət etdi. Təcrübəm olmadığı üçün İlham müəllimlə məsləhətləşdim. Çünki o, bizim ailəvi dostumuzdur, hətta mən anadan olmamışdan atamla dostluq edib. Biz də şamaxılıyıq, o da. Ora dəvət olundum və uzun müddət həmkarım Əkbər Əlizadəylə filarmoniyanın bütün tədbirlərini ikimiz apardıq.
- Seriallarda, demək olar ki, yoxsunuz. Amma “Üç bacı” serialındakı Səidə rolunuz maraqla qarşılandı.
- “Üç bacı”ya Əkbər Əlizadənin vasitəsilə dəvət olunmuşdum. Əslində, orada kiçik bir epizodda oynamalıydım. Rejissorun xoşuna gəldiyinə görə üç seriyada çəkildim. Adətən əvvəllər kimsə AZTV-yə çıxanda səhər hamı onu tanıyırdı. Neçə ildir sənətdəyəm. Bu serialdan sonra küçəyə çıxa bilmirdim. Kim məni görürdü, saxlayırdı... Çox bəyənilmişdi.
- Bəs niyə cəmi bir serial? Dəvət yoxdur?
- Dəvətlər var. Məsələn, Rusiyadan gəlmişdilər, çəkmək istəyirdilər, razılaşmadım.
- Yerli rejissorlar niyə dəvət etmirlər ki?
- Bunun çox sadə bir səbəbi var. Rejissor məni dəvət edəndə deyirəm ki, gəlib 50 manata çəkilməyəcəyəm ha.
- Bəs minimum qiymət nə qədər olmalıdır?
- Günü 150 manata çəkilərəm. Amma 100, 50 manata çəkilməyəcəm. Çəkir, o qiymətə çəksin, çəkmir, çəkməsin.
- Tərcümeyi-halınızda “Rafiqovna” yazılıb. Niyə “Rafiq qızı” yox?
- Əslən şamaxılıyıq. Babam elmlər doktoru, professordur. O, atamı göndərib ki, get, Rusiyada ikinci ali təhsil al. Anamla ora gediblər və mən orada dünyaya gəldiyimə görə belə yazılıb.
- Aktrisaların şəxsi həyatı da hər zaman maraqlıdır. Xüsusən də tamaşaçı üçün...
- Bu mövzuda danışmağı xoşlamıram. Onu deyə bilərəm ki, bəli, həyatımda bir insan var və yeddi ildir nişanlıyıq. Bunun sənətə aidiyyatı yoxdur.
- Təbii ki, biznes adamıdır...
- Yüz faiz. Hətta evimiz belə hazırdır. Toy da gələn ilin yayına qədər olacaq.
- Tanınmış iş adamıdır?
- Bəli, çox tanınmış iş adamıdır. Adını demək istəmirəm. Qoy maraqlı qalsın. Özündən əlavə, ailələri də çox tanınır. Min şükür ki, o, mənim sənətimə normal baxır. İnşallah, toydan sonra da qadağa qoymayacaq.
- O, bu gün oynadığınız tamaşaya baxıb?
- (gülür) Yox, bu tamaşaya baxmayıb.
- Baxsaydı, necə olardı?
- Fotolara baxıb. Amma burada Fərzəli rolunu İlham Namiq Kamal yox, başqası oynasaydı, razı olmazdım. Məsələn, Çingiz Əhmədov Fərzəlini oynasaydı, mən bu tamaşada olmayacaqdım.
- Niyə?
- Orada bir az açıqlıq, yaxınlıq var. Mən bu teatra gələndə şayiələr yaydılar ki, İlham Namiq Kamalın Gülnarə ilə yaxın münasibətləri var. Amma bir daha deyirəm ki, bu, belə deyil və biz ailəvi dostuq.
İntiqam VALEHOĞLU
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi