“Bakı Kristal Zalı“nın səhnəsi ən gözəl xatirələr sırasına daxil olacaq
Bizi izləyin

Tabloid.az

“Bakı Kristal Zalı“nın səhnəsi ən gözəl xatirələr sırasına daxil olacaq

“Eurovision-2012”nin bu günkü məşqlərində yer alan Xorvatiya təmsilçisi Nina Badriç “Nebo” adlı mahnısıyala məşqlərini bitirib və mətbuat konfransı keçirib.


Publika.Az-ın xəbərinə görə, paytaxtımızdan heyranlıqla danışan Nina Badriç, azərbaycanlıların qonaqpərvərliyini xüsusilə vurğulayıb. 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsini önəmli bir hadisə hesab edən N.Badriç “Bakı Kristal Zalı”nın möhtəşəmliyindən danışarkən “bu səhnənin möhtəşəmliyi və əzəməti haqqında eşitdiklərimin yalnız gözəl sözlərdən ibarət olmadığına bir daha inandım və hesab edirəm ki, təmsilçilərin hər biri bu cür əsrarəngiz və möhtəşəm səhnədəki çıxışlarını ömürlərinin ən gözəl xatirələri sırasına daxil edəcəklər” deyib. “20 illik səhnə təcrübəmə söykənərək deməliyəm ki, yarışma ilə bağlı görülən işlər yüksək səviyyədədir”, - deyə Xorvatiya təmsilçisi bildirib.

Xatırladaq ki, Nina Badriç mayın 24-də ikinci yarımfinalda oxuyacaq. Müğənninin ifa edəcəyi “Nebo” mahnısının sözləri və musiqisi özünə aiddir.

Familoğlu
Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm