Tabloid.az
“Sevişirəm, əcəb edirəm, amma onun yanında əri...”
Space-də yayımlanan “Günaydın” verilişinin aparıcısı
Vüsalə Kərimova müğənni Xatirə İslama cavab verib. Teleaparıcı
Publika.az-ın əməkdaşı ilə söhbətində çox sərt
danışıb:
“Xatirə mənim haqqımda nəsə bilirsə, açıqlasın. Oxu atıb, yayı gizlətmək lazım deyil. Görək mən kiminlə sevişirəm?! Sevişirəmsə də, əcəb edirəm. Mənim kiminləsə sevişməyimin Xatirəyə heç bir aidiyyəti yoxdur. O, mənim üçün namus mücəssəməsi deyil, ola da bilməz”.
“Mənim kiminləsə sevişməyim normal haldır, subay xanımam,
qocalmamışam” deyən Vüsalə Xatirəyə xəbərdarlıq etməyi də
unutmayıb:
“Mən kiminləsə sevişə də bilərəm. O bir özünə baxsın. Yanında əri
var. Ağzından çıxanlara diqqət etsin. Mən ağzımdan çox pis söz
çıxardaram. Ona və ərinə daha pis olar”.
Qeyd edək ki, teleaparıcı ilə sənətçinin münasibətləri bir neçə
gün öncə “Günaydın” verilişinin çəkilişi zamanı pozulub. Belə ki,
Vüsalə Xatirəyə müğənni Rüfət Axundovla sevgi macərası yaşamağıyla
bağlı sual verib. Xatirə isə verilişi tərk edib və ardınca social
şəbəkədə məsələyə bu cür münasibət bildirib:
“İki gün əvvəl verilişlərin birində mənimlə Rüfətin eşq yaşamağı
haqda sual verildi və mən də küsüb getdim. Çünki mən elə bir
zirvədəyəm ki, hər çağırılan yerə getməməliyəm. O verilişə getməyə
etiraz edirdim, çünki orada hər zaman qalmaqal olur. Qalmaqal artıq
camaata keçmir, yeni bir şey fikirləşin. Xalq hamını tanıyır. Bakı
balaca şəhərdir. İndi mən də sandığı açıb deyim ki, kimin arvadı
harada nə edir? Hansı aparıcı kiminlə sevişir? Rüfət mənim
qardaşımdır, məni tanıyan bilir. Bəzi saytlar da bunu işıqlandırır.
Elə o verilişə də bu lazımdır da... Əcəb edirsiniz. Özümü dartmaq
zamanı gəldi artıq. Reytinq qazanmaq üçün olmayan şeyləri yazmaq
lazım deyil. Görün o biri verilişlər nə edir, siz də bir az ondan
edin ki, sizə də baxsınlar”.
İntiqam VALEHOĞLU
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO