Tabloid.az
"Bu kino ki var..." - məşhur sənətkarımızın 70 yaşı tamam olur - FOTOLAR
“Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”...
Artıq şərhə ehtiyac yoxdur. Axı “Bəyin oğurlanması” filmindəki bu məşhur kəlamı nahaqdan xatırlatmadıq. Çünki bu gün Azərbaycan teatr və kinosunda özünəməxsu izi olan, bənzərsiz aktyor Səməndər Rzayevin doğum günüdür.
Publika.az-ın məlumatına görə, hər zaman təkrarolunmaz səsi qulaqlarımızda cingildəyən, yaratdığı rolları qəlbimizdə yaşayan görkəmli aktyorumuzun 70 yaşı tamam olur. Aktyor “Uşaqlığın son gecəsi”, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və digər bədii filmlərdə epizod və aparıcı obrazlara çəkilib. Gəlin sizli-bizli gözəl aktyorun keçdiyi ömür və yaradıcılıq yoluna nəzər salaq...
Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin məktəbində dərs alıb, Sumqayıt teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.
Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
Səməndər Rzayevin səsindəki şirinlik onu kinomuzun dublyaj sahəsinin əvəzsiz simasına çevirib. O, oynadığı rollarda həmişə milli cizgiləri qabartmağı xoşlayıb. Deyilənə görə, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşıb. “Kiçik açarla da böyük qapılar açmaq olur” deyirmiş. Amma səhnədə bu böyük sənətkarın səsi eşidiləndə, bütün zal heyrətə gəlirmiş. Bəzən onun kiçik rolları belə baş qəhrəmanları kölgədə qoyurmuş.
“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı...” - bunlar Səməndər Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Səməndər Rzayev yaradıcı sənətkar idi.
Aktyor kinoda da yaddaqalan obrazlar yaradıb. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdurub.
Səməndər Rzayev bir çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər.
Deyilənə görə, Səməndər Rzayev çox vaxt filmlərdən imtina edib. Daha çox teatra üstünlük verib. “Bulaq” verilişinin daimi aparıcılarından idi.
Sevilən aktyor 1986-cı il martın 27-də 41 yaşında dünyadan köçüb.
Cəvahir
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO