Xalq artistindən sevgi etirafı: “Həyat yoldaşımın Leylisiyəm”
Bizi izləyin

Tabloid.az

Xalq artistindən sevgi etirafı: “Həyat yoldaşımın Leylisiyəm”

2014-cü ili həyatında ən xoşbəxt il kimi arxada qoyduğunu deyən xalq artisti Gülyanaq Məmmədova yeni ildə yeniliklər vəd verib. Sənətçi “Leyli və Məcnun” operasında Leyli kimi sevənlərinin qarşısına çıxacaq.

Publika.az-la sevincini bölüşən xalq artisti çoxdankı arzusunun yaxın aylarda reallaşacağını bildirib: “Bacım Gülyaz kimi məni də Leyli obrazında görəcəksiniz. Opera səhnəsində Leylini oynamaq hər bir sənətçinin arzusu olub. Çünki zaman-zaman bizim böyük sənətkarlarımız opera səhnəsində Leylini oynayıblar. Bu mənə də nəsib oldu. İnşallah, fevralda səhnədə məni yeni obrazda görəcəksiniz”.

Həyatda da Leyli olduğunu deyən Gülyanaq xanım həyat yoldaşına olan sevgisindən söz açıb: “Həyat yoldaşımın Leylisiyəm. Onu çox sevirəm. Elə yoldaşım da məni eyni məhəbbətlə sevir. Yaradıcılığımda da mənə böyük dəstək olan yoldaşıma çox borcluyam. Həyatda Leyli olan sənətçiyə səhnədə Leyli obrazını yaratmaq çox asan olacaq. Çünki eyni hisləri həyatda yaşayır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm