Yəhudi duası gəzdirən xalq artistimiz: “Xanımım məcbur elədi...” - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Yəhudi duası gəzdirən xalq artistimiz: “Xanımım məcbur elədi...” - ÖZƏL

Xalq artisti Səməd Səmədov mistikaya, fala inanmasa da, məşhur bir atalar sözündə deyildiyi kimi, faldan da qalmır.

Bu barədə Publika.az-a danışan sənətçi maraqlı açıqlamalar verib.

Dediyinə görə, mistikaya inanmır, amma talismanlardan istifadə edir. Müğənni hətta bu yaxınlarda İsrailin Qüds şəhərindən onun üçün məxsusi olaraq talismanların gətirildiyini də deyir: “Mən fala, caduya-pitiyə inanmıram. Şər qüvvələrin təsirindən qorunmaq üçün üstümdə hansısa duaların gəzdirilməsinin tərəfdarı da deyiləm. Amma nə gizlədim, üstümdə talisman gəzdirmişəm. Bu yaxınlarda İsrailin Qüds şəhərinldən mənə xüsusi talisman-saplar göndəriblər. Mən o sapları qolumda gəzdirmək fikrində deyildim, amma xanımım məni məcbur elədiyi üçün qoluma taxdım. Təkcə mən yox, bütün ailə üzvlərimiz o talismandan istifadə etdi. Maraqlıdır ki, nəvəmin qoluna bağladığı o sap bir həftəyə, yoldaşımın taxdığı sap iki həftəyə açılıb düşdü. Amma mənim qoluma taxdığım sap bir aydan sonra açıldı. Bunun mənasını anlamasam da, istifadə edirəm”.

Səməd Səmədov talismanlara inanmasa da, gözdən-nəzərdən qorxduğunu deyib: “Mən bədnəzərdən çox qorxuram. Dəfələrlə bədnəzərə gəldiyimin də şahidi olmuşam. İndi yadıma salmaq istəmirəm, amma həyatımın müxtəlif dönəmlərində başım bədnəzərdən çox çəkib. Buna görə qabaqlayıcı tədbir də görmürəm. Hacı adamam, başımı aşağı salıb, öz yaxşılıqlarımı edirəm. İnsan etdiyi yaxşılıqların əvəzini Allahdan alır. Əsas odur ki, insanı Allah qorusun”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm