Vüsalə Kərimova: “Xatirə kimdir ki, ona görə işdən çıxım?”
Bizi izləyin

Tabloid.az

Vüsalə Kərimova: “Xatirə kimdir ki, ona görə işdən çıxım?”

Aparıcı Vüsalə Kərimovanın “Günaydın” verilişindən ayrılmasıyla bağlı yazdığı status söz-söhbətə səbəb olub. Qeyd edək ki, Kərimova “Facebook” profilində bildirib ki, yanvarın 13-dən “Günaydın” verilişini tərk edəcək:


“Səbəbi çox bəsit, ürəyim istədi, getdim. Çox sevindirici haldır ki, bu, məhz 13 yanvara təsadüf edəcək. 13 rəqəmi hər zaman düşərli olub. Daha bir sevindirici hal ondan ibarətdir ki, verilişi çox sevdiyim sənətkar, əməkdar artist Mehriban Xanlarova aparacaq… Məni əvəz etmək elə də asan deyilmiş. Canım Mehriban xanıma uğurlar arzu edirəm. Yeni layihələrdə görüşənədək”.

Artıq teleaparıcının verilişi tərk etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Ailem.az saytı yazıb ki, əslində Vüsalə Kərimovanın “Günaydın”ı tərk etməsinin səbəbi bir müddət öncə Xatirə İslamla efirdə yaşadığı qalmaqaldır. Bildirilir ki, məhz bu hadisə Vüsalə Kərimovanın "Space"dəki karyerasının bitməsinə səbəb olub.

Publika.az məsələ ilə bağlı Vüsalə Kərimova ilə əlaqə saxlayıb. Aparıcı bildirib ki, onun sözügedən proqramdan getməsinin Xatirə ilə heç bir əlaqəsi yoxdur:


“Mənim həyat və yaradıcılığım “Günaydın” verilişi ilə bitmir. Başqa veriliş açacağam. Amma çox güman ki, "Space"də olmayacaq. Mənim “SOY” prodakşnla da heç bir problemim olmayıb. Maliyyə problemimiz də yoxdur. Ürəyim belə istədi, getdim. Getməyimin çox sadə səbəbi var. Tezliklə başqa layihəm olacaq”.

V.Kərimova Xatirə İslamla məlum qalmaqala görə “Günaydın”dan getməsi ilə bağlı versiyaya isə sərt şəkildə reaksiya verib :

“Xatirə kimdir ki, mən ona görə işdən çıxım?!

İsətmirəm adım Xatirə ilə hallansın, başa düşürsünüz? Bunlar ayrı-ayrı şeylərdir. Xatirədən sonra da, əvvəl də orada min dənə şey baş verə bilər. O kimdir ki, mən ona görə işdən çıxım? Hər şeyin ucundan tutub ucuzluğa getməzlər. Bu söhbət bağlandı. Məndən əvvəl də o verilişdə işləyən uşaqlar var idi. Onların həyatı bağlandı? Hardasa işləyirlər də. Ola bilər ki, yenidən xəbər aparıcısı olum. Amma indilik deyə bilərəm ki, görəcəyim çox yaxşı bir iş var”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm