Xatirə xəbərdarlıq etdi: “Axırıncı dəfə deyirəm”- QALMAQAL
Bizi izləyin

Tabloid.az

Xatirə xəbərdarlıq etdi: “Axırıncı dəfə deyirəm”- QALMAQAL

“Space” TV-də yayımlanan “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova proqramı tərk edib. Yerli saytların verdiyi məlumata görə, aparıcının müəllifi olduğu verilişi tərk etməsinə səbəb bir müddət öncə müğənni Xatirə İslamla yaşadığı qalmaqaldır.

Xatirəni verilişinə dəvət edən Vüsalə ona müğənni Rüfət Axundovla eşq yaşadığı barədə sual vermiş, bundan sonra isə müğənni ilə aparıcı arasında qalmaqal yaşanmışdı. Xatirə öz növbəsində üstüörtülü şəkildə aparıcı V.Kərimovanın kimlə sevgili olduğunu açıqlaya biləcəyini demişdi. Vüsalə isə subay olduğunu və kiminləsə sevgili olmağının problem olmadığını, Xatirənin isə evli olduğunu xatırlatması ciddi qalmaqala səbəb olmuşdu. Deyilənə görə, bu dava da Vüsalə Kərimovanın “Space”dəki karyerasının başa çatmasına səbəb olub.

Məsələ ilə bağlı Xatirə İslama müraciət etdik. Publika.az-a danışan müğənni məsələdən xəbəri olmadığını dedi: “Əslində, bunu sizdən eşidirəm. Bu haqda ümumiyyətlə danışmaq istəmirəm. İlk və son dəfədir danışıram və sizin vasitənizlə hər kəsə müraciət edirəm ki, bu məsələ ilə bağlı məni heç kim narahat etməsin. Mən bu haqda danışmayacağam. Heç kimə hesabat verməyi də sevmirəm. Bircə kəlmə onu deyəcəyəm ki, belə şeylər bizim mentalitetə yaraşmır. Ayıbdır!”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm