Məşhur opera ifaçısı vəfat etdi
Bizi izləyin

Tabloid.az

Məşhur opera ifaçısı vəfat etdi

Məşhur rusiyalı opera müğənnisi Yelena Obraztsova dünyasını dəyişib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətkar 76 yaşında Almaniyada vəfat edib.

Artıq Rusiya prezidenti Vladimir Putin ifaçının yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, ötən ilin oktyabrında “Bolşoy Teatr”da Obraztsovanın 75 illik yubileyi təntənəli surətdə qeyd edilmişdi. 1939-cu ildə Leninqradda dünyaya gəlmiş ifaçı beş yaşından oxumağa başlayıb. Hələ uşaq yaşlarında uşaq bağçasında xor müəlliminin diqqətini özünə çəkən gələcəyin opera ifaçısı rus xalq mahnılarının, qədim romansların və caz kompozisiyalarının da mahir ifaçısı hesab edilirdi.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm