Selfi çəkənlər psixopatdır?
Bizi izləyin

Tabloid.az

Selfi çəkənlər psixopatdır?

Selfi çəkməyə həddindən çox maraq göstərirsiniz? ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri həddindən çox selfi çəkib sosial şəbəkələrdə paylaşan adamların psixopat hərəkətlərə meyilli ola biləcəyini müəyyənləşdirdiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, 18-40 yaş arası 800 nəfərin sosial şəbəkədəki paylaşımlarını araşdıran və onları psixoloji testlərlə analiz edən araşdırmaçı alimlər davamlı olaraq selfi paylaşan adamların anti-sosial davranışlara meyilliliyinin selfi həvəskarı olmayan həmcinslərindən daha çox olduğunu gördüklərini söyləyiblər.

Araşdırmalarını Şəxsiyyət və fərdi fərqlər (Personality and Individual Differences) adlı jurnalda nəşr elətdirən psixoloqlar öz fotolarını tez-tez internetdə paylaşan adamların narsisizm və asperger sindromu kimi psixi problemlərdən əziyyət çəkdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm