“Eurovision”da daun xəstələri iştirak edə bilər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Eurovision”da daun xəstələri iştirak edə bilər – FOTOLAR

Finlandiyanın “Pertti Kurikan Nimipäivät” (qısaca olaraq PKN) adlı pank qrupu bu il Vyanada keçirilən “Eurovision” musiqi müsabiqəsində iştirak etmək niyyətindədir.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, pank qrupunun müsabiqədə iştirak üçün müraciət etməsi vətənlərində səs-küyə səbəb olub. Qrupun hərəkətini hətta ekstravaqant addım hesab edənlər də olub. İş ondadır ki, PKN qrupunun bir özəlliyi var: onun solistləri daun xəstəliyindən əziyyət çəkən kişilərdən ibarətdir. Kollektivin rəhbəri Peri Kurik bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədləri ondan ibarətdir ki, daun xəstələrinə diqqət çəksinlər. Fin musiqiçiləri əmindir ki, onların “Eurovision”da iştirakı daun sindromlu və ya əqli zəif olan insanların yaradıcılığına marağı artıracaq.

Qrupla yanaşı, 17 iştirakçı öz namizədliyini irəli sürüb. Namizədlər televiziyada səsvermə yolu ilə tamaşaçılar tərəfindən seçiləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm