Miri Yusif itkin düşən dostunu tək qoymadı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Miri Yusif itkin düşən dostunu tək qoymadı – FOTOLAR

İtkin düşən müğənni üzə çıxıb.

Publika.az-ın məlumatına görə, yaradıcılığına uzun illər fasilə verən və şou aləmini xəbərsiz-ətərsiz tərk edən Talıb Tale yenidən media mənsublarını başına yığaraq iki klipini üzə çıxarıb. Xatırladaq ki, T.Talıb məşhur el sənətkarı Aşıq Ələsgərin kötükcəsidir.

“Bilirsənmi” və “Darıxmış” adlı mahnıların söz və musiqisi müğənninin özünə məxsusdur.

“Darıxmış” mahnısına çəkilən klip müğənniyə dostu tərəfindən hədiyyə olunub.

Bir vaxtlar repləri ilə də məşhur olan, mahnıları “Youtube”-də izləmə rekordları qıran Talıb Tale itkin düşməsinin səbəblərindən də danışıb: “Anam rəhmətə getdi və bu itki məndə ruh düşkünlüyü yaratdı. Uzun müddət depressiyadan çıxa bilmədim, çox çətinliklə özümə gəldim. Amma artıq sənətdəyəm və 2015-ci ildə mütəmadi olaraq yeni mahnılarımı eşidəcəksiniz”.

Hər zaman efirlərdən qaçan müğənni onu da bildirib ki, gündəmə gəlmək naminə ucuz reklam vasitələrindən istifadə etmək fikrində deyil: “Mənim sevənlərim çoxdur və heç vaxt onların gözündən düşmək istəməmişəm. Hər addımımı ölçüb-biçirəm, qalmaqallardan qaçıram”.

Onu da öyrəndik ki, müğənninin “Youtube”-də yerləşdirilən mahnılarının dinləyici sayı on milyonu ötüb.

Təqdimat mərasiminə təşrif buyuran Miri Yusif, Üzeyir Mehdizadə, skripka ifaçısı Səlim Abbasov, Sevinc Ağaşirinova, “Şeron” qruru səbəbkarı tək qoymayıblar.

Miri Yusif sənət dostunun yaradıcılığını yüksək qiymətləndirib.

Cəvahir

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm