Türkiyədə homoseksuallar üçün sığınacaq açılıb
Bizi izləyin

Tabloid.az

Türkiyədə homoseksuallar üçün sığınacaq açılıb

Türkiyənin İstanbul şəhərində trasgenderlər üçün ilk sığınacaq açılıb.

Publika.az xəbər very ki, bu barədə layihınin təsisçisi Öykü Ay bildirib. Onun sözlərinə görə, sığınacağın maliyyələşdirilməsi ianələr hesabına həyata keçirilib.

Cinsi azlıqğın nümayəndəsi olan xanım Ay özünü mömin müsəlman kimi təsvir edir və başqa trangenderlərə dəstək vermək üçün sığınacaq yaratmaq qənaətinə gəldiyini bildirib. O deyib ki, iş tapmaqda çətinliklərə rast gələn bir çox transgenderlər seks sənayesinə üz tutir.

"Mən təmizləmə işilə məşğul olmaq istəyirdim, onlar isə yox dedilər. Aşpazlıq etmək istədim, onlar yox dedilər. Küçələri süpürmək istəyirdim, yenə də yox cavabını aldım", - Öykü Ay əlavə edib.

Sığınacaq layihəsini maliyyələşdirmək üçün keçirilən bir çox tədbirlər arasında 44 000 lira (15 000 AZN) gəlir gətirən transgender moda şousu da təşkil olunub.

"Həmin gecə mən ağladım, hər şey möhtəşəm idi", - deyən Ay sığınacağın gələcəkdə genişlənməsinə ümid etdiyini bildirib.

Fəallara görə, transgenderlər Türkiyədə marginal vəziyyətdə qalırlar. Onlardan çoxu seks işçisi olmaqdan başqa yolu tutmaq imkanından məhrumdur.

Transgender Europe qeyri-kommersiya təşkilatının araşdırmasına əsasən 2008 və 2014-cü illər arasında Türkiyədə 37 transgenderin qətlə yetirilib. Bu, Avropa ölkələri arasında ən böyük göstəricidir.

2014-cü ildə təsdiq edilən yeni qanunlar başqa amillərlə yanaşı dini və irqi zəmində ayrıseçkiliyi yasaqlayır, hərçənd ki, həmin qanunvericilikdə seksual orientasiya və gender mənsubiyyəti qeyd olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm