Tabloid.az
Azərbaycanda “Erasmus” proqramı tətbiq olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Fransanın Montpelier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Fransua Hennin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Akademiyadan Publika.az-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə burada həyata keçirilən təhsil proqramlarından söz açıb, “Erasmus” proqramının icraçıları ilə görüşün xüsusi əhəmiyyətini qeyd edib. Akademiyada bu il ilk dəfə magistraturaya qəbul keçiriləcəyini bildirən alim bu yolla AMEA-da elmlə təhsilin inteqrasiyasını təmin etmək istədiklərini diqqətə çatdırıb.
A.Əlizadə cari ildə akademiyanın 70 illik yubileyinin keçiriləcəyini, “Erasmus+” proqramının akademiya üçün böyük əhəmiyyətini qeyd edib. O, proqramın AMEA-da tətbiqi üçün görüləcək işlərdən danışıb.
F.Henn təmsil etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, “Erasmus+” Avropada prioritet layihələrdəndir, bu cür layihələrin iki ölkə arasında əlaqələrin genişlənməsində böyük önəmi var. Elm və təhsil sahəsində böyük təcrübəyə malik Montpelier Universitetinin Fransanın nüfuzlu ali məktəblərindən olduğu, burada müxtəlif elm sahələrinə aid intensiv tədqiqatların aparıldığı diqqətə çatdırılıb.
Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov Avropa İttifaqının “TEMPUS” və “Erasmus Mundus” proqramlarının 2014-2020-ci illər üçün “Erasmus+” ilə əvəz edildiyini bildirib. Bu proqram çərçivəsində ali təhsil sahəsində birgə magistratura proqramları, kredit mobilliyi, Jan Mone Proqramı, bilik alyansları və strateji tərəfdaşlıq kimi imkanlardan istifadənin mümkün olacağını diqqətə çatdırılıb. Qeyd edilib ki, “Erasmus+” proqramı əməkdaşlıq üçün xeyli imkanlar təklif edir.Bunlar da Avropa standartları çərçivəsində təhsil sahəsində təcrübə mübadiləsi, təhsil sistemlərinin təkmilləşdirilməsi, peşəkarlıq treninqləri, xaricdə təhsil və digər mühüm islahatları əhatə edir.
Görüşdə, həmçinin ali təhsil sahəsində birgə əməkdaşlıq və “Erasmus+” proqramının əsas məqsədləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı