Tabloid.az
“Köhnə saat”ımızı İrana apardılar
Azərbaycan filmləri İranda keçirilən 8-ci Vareş Beynəlxalq film festivalında (Varesh International Short Film Festival) iştirak edir.
“Azanfilm” studiyasının istehsalı olan “Əriyən ada”, “Miras”, “Lahıc” sənədli, “Köhnə saat” animasiya filmləri festivalın müsabiqə bölməsinə, “Mayak” qısametrajlı bədii filmi isə baxış proqramına daxil edilib.
“Azanfilm” studiyasından Publika.az-a bildirilib
ki, “Əriyən ada”, “Miras”, “Mayak” filmlərinin ssenari müəllifi
Esmira Əyyub, rejissoru Fariz Əhmədov, “Lahıc” filminin ssenari
müəllifi və rejissoru Tofiq Şahverdiyev, prodüseri Fariz Əhmədov,
“Köhnə saat” animasiya filminin rejissoru və ssenari müəllifi Cavid
Əhədov, prodüseri Fariz Əhmədovdur.
Qeyd edək ki, yanvarın 19-da başlayan festival 22-dək davam edəcək.
Festivala müraciət edən 1278 filmdən 168-i proqrama daxil olunub.
Bu filmlərdən 58-i İran filmi, 110-u isə xarici filmlərdir.
Festivalın reqlamentinə əsasən müsabiqəyə 100 saniyədən 40
dəqiqəyədək müddəti olan filmlər daxil edilib.
Festivalın əsas məqsədi müxtəlif Xəzəryanı xalqların və etnik qrupların ortaq mədəni irsini təqdim etmək, kino istehsalı sahəsində gənc və istedadlı kinematoqrafçıları müəyyənləşdirərək qarşılıqlı əlaqələrin inkişafına təkan verməkdir.
Cəvahir
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi