Tabloid.az
“Arşın mal alan”ımız Özbəkistanda
Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.
Publika.az-ın məlumatına görə, tamaşa Azərbaycanın Özbəkistandakı
səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.
Konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar
İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır.
Musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu”
Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri
ifa edəcək.
Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri
ifa olunacaq.
Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox
populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus
dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı
Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də
səhnədədir.
Cəvahir
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu