Xalq artistinin səhhəti normallaşdı
Bizi izləyin

Tabloid.az

Xalq artistinin səhhəti normallaşdı

Aktrisa Nuriyyə Əhmədovanın səhhəti normallaşıb. Artıq aktrisa özünə gəlib, danışa bilir.

Bu barədə Publika.az-a Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.

Xəstəxanadan bildirilib ki, aktrisanın səhhəti normaldır.

"Yaxınlarından bir nəfərlə onun görüşməsinə icazə verilib. Onun müayinə edilməsi üçün kənardan iki həkim də dəvət edilib. Həkimlər N.Əhmədovanın tomoqrafiya nəticəsi və müayinə əsasında hazırkı vəziyyətini dəyərləndirir".

Qeyd ed\k ki, xalq artistinin bu gecə səhhəti ağırlaşıb, insult keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm