Tabloid.az
Azərbaycanlı məşhurlarla türk sənətçiləri bir arada –FOTOLAR+VIDEO
Teleaparıcı Aynur Hacıyeva “Körpü şou” layihəsi ilə efirə qayıdır.
Bu gün layihə ilə bağlı mətbuat konfransı keçirilib.
Publika.az-ın məlumatına görə, layihənin ilk buraxılışı fevralın 1-də, “Xəzər” televiziyasında yayımlanacaq. Layihənin ilk iştirakçıları xalq artisti Aygün Kazımova, Kərəm Cem olub. Digər buraxılışlarda, Zamiq Hüseynov, Yusif Güney, Linet Samira və başqaları çəkilib.
Təqdimat zamanı monitordan türkiyəli sənətçilərin veriliş haqqında fikirləri səsləndirilib. Yerli sənətçilərimizin Murat Boz, Murat Dalkıc, Gülşen, Simge Sağın, Soner Arıca, Didem, Emre Kaya və digər müğənnilərlə bu layihədə birgə iştirakı nəzərdə tutulub.
Layihə rəhbəri deyib: “Müqaviləyə əsasən çəkilişlər Türkiyədə həyata keçiriləcək. Hər verilişdə müğənni Leyla Babayeva Azərbaycan mahnıları səsləndirəcək və onun tarixi barədə məlumat veriləcək. Bu, bir növ təbliğat xarakteri daşıyacaq. Eyni zamanda, hər iki dövlətin sənətçisi mahnılarını canlı ifa edəcəklər. İlk çəkilişlər dinamik və uğurlu alındı”.
Layihənin anonsları gedən ərəfədə qulağına xoşagəlməz fikirlərin çatdığını bildirən Aynur Hacıyeva bu məsələyə belə aydınlıq gətirib:
“Guya bu, Röyanın hazırlayacağı layihə ilə oxşardır. Röyanın layihəsi barədə xəbərim var. “İnstagram” səhifəsində oxumuşam. Biz artıq verilişi efirə verməyə hazırlaşırıq. Hər bir yaradıcı insana uğurlar arzu edirəm. Hərəmiz öz işimizi görək, kimin işinin daha uğurlu alındığını biz yox, tamaşaçı deyəcək”.
Qeyd edək ki, layihənin baş rejissoru Kamal Başbuğ, baş prodüseri Ləman Tağıyeva, redaktoru Vüsalə Hikmətdir.
Cəvahir
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...