Nuriyyə Əhmədova Publika.az-a danışdı
Bizi izləyin

Tabloid.az

Nuriyyə Əhmədova Publika.az-a danışdı

Xalq artisti, tanınmış aktrisa Nuriyyə Əhmədova Publika.az-a danışıb.

6 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsindən birbaşa evə aparılan aktrisanın səhhəti normaldır, o, həkim nəzarəti altında müalicəsini ev şəraitində davam etdirir:

“Necə olub huşumu itirmişəm, məni xəstəxanaya necə çatdırıblar, xatırlamıram. Bir onda gözümü açdım ki, xəstəxanadayam, həkimlər üstümdə əsirlər. Sən demə, əsəbiləşmişəm, təzyiqim yüksəlib, koma vəziyyətində məni təcili yardım maşını ilə xəstəxanaya yerləşdiriblər. Allah köməyiniz olsun, orada mənə dedilər ki, Publika.az saytı bütün nazirlikləri məsələdən xəbərdar edib. Buna görə sizə çox minnətdaram. Onlar da, sağ olsunlar, məni xüsusi nəzarətə götürdülər. Həkimlərin səyi nəticəsində ölmədim, sağ qaldım. Bir həftənin içində məni müalicə edib, normal vəziyyətə qaytardılar. Heç evə də buraxmaq istəmirdilər. Özüm xahiş etdim ki, burada qala bilmirəm”.

Hazırda Nuriyyə Əhmədova rəfiqəsinin bağ evində qalır və yataq şəraitində müalicəsini davam etdirir: “Həkimlər mənə danışmağı, əsəbiləşməyi qadağan ediblər. Elə bu şərtlə də evə gəlməyimə razılıq veriblər. Təsəvvür edin, xəstəxanada yanıma heç bacımı da buraxmırdılar, danışmağa qoymurdular, əl-qol hərəkətləri ilə danışırdım. İndi də yaxınlarım məni danışmağa qoymurdular, amma sizə təşəkkür etməyi özümə borc bildim. Hamıya salamlarımı çatdırın”.

Göz yaşlarını saxlaya bilməyən xalq artisti ayağa qalxıb gəzəcəyi günü səbirsizliklə gözlədiyini bildirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm