Dövlət televiziyasında çılpaq yarışma - FOTO
Bizi izləyin

Tabloid.az

Dövlət televiziyasında çılpaq yarışma - FOTO

Danimarka Dövlət televiziyası DR3 qeyri-adi yarışma proqramının nümayişinə başlayıb.

Publika.az-ın məlumatına görə, Kladt af (soyun) adlanan proqrama qatılan gənclər çılpaq yaşayır, küçəyə, alış-verişə çılpaq çıxır, işə çılpaq gedirlər.

Proqramın rəhbəri İrene Ströyer iştirakçıların çılpaqlığının simvolik xarakter daşıdığını bildirib. Proqramın formatına görə, gənclər evlərində mebel, telefon, TV, radio, kompüter, tablet, geyim kimi əşyalar saxlaya bilməz. Onların evlərində yalnız tualet kağızı var və gənclər gündə yalnız bir dəfə, evlərinə yaxın yerləşdirilən konteynerin içindəki əşyalarından birini ala bilirlər. İştirakçılar konteynerdəki laptop, tablet, cib telefonu, televizor kimi əşyalarla bərabər, geyim və ya yataq dəsti kimi əşyalar arasında seçim eməli olurlar.

Konteynerin içindəki əşyaların hamısı istifadə olunduqda yarışma sona çatacaq.

İlk etapda 4 iştirakçı yarışmaya qatılır. Onlar evdə taxta döşəmənin üzərində yatır.

Yarışma yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Sakinlərin bəziləri küçədə, mağazada və başqa yerlərdə lüt insan görməyi normal qarşılasalar da, bəziləri bunu azadlığın ifrat dərəcəsi kimi xarakterizə edərək öz etirazlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm