Tabloid.az
Arif Quliyev: "Sevgilim məni məcburi sünnət elətdirdi"
Xalq artist Arif Quliyevin anası peyda olub.
Publika.az-ın məlumatına görə, 85 yaşlı Qızbəs Səmədova adlı bir xanım “Səni axtarıram” verilişində xalq artisti Arif Quliyevin anası olduğunu bəyan edib.
Həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə ailə qurduğunu
deyən qadın oğlunun baldızı tərəfindən qaçırıldığını bildirib.
Dediyinə görə, Sahibəli adlı keçmiş həyat yoldaşı çox məşhur adam
olub: “Oğlumu atmamışam. Həyat yoldaşım dünyasını dəyişəndən sonra
ikinci dəfə ailə qurdum. Bibisi gəlib dedi ki, uşağı ver, sünnət
etdirim, qaytaracağam. Amma qaytarmadı. Verilişlərin birində Arif
Quliyev həyatından danışanda bildim ki, o, mənim oğlumdur”.
Arif Quliyev fikirlərini Publika.az-la bölüşüb:
“Bu, artıq 16-cı qadındır ki, anam kimi ortaya çıxır. Amma onun dediklərində həqiqət görmürəm. Dediyinə görə, guya bibim məni sünnət etdirmək adıyla aparıb. Amma mən 19 yaşımda sünnət olunmuşam. Buna da məni sevdiyim qız məcbur elədi. Bu qadına gəlincə, onun anam olub-olmadığını bilmirəm. Yəqin ki, DNT analizindən sonra hər şey bəlli olacaq. Təki əsl anam olsun. 65 yaşım olsam da, hələ də ana həsrəti ilə yaşayıram”.
Asya
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO