Tabloid.az
İsrafil İsrafilov “Azdrama”dakı qalmaqaldan danışdı
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov teatrda “Nazirin xanımı” tamaşası zamanı baş verən qalmaqaldan danışıb.
Direktor Publika.az-a açıqlamasında bildirib
ki, sözügedən hadisə altı ay əvvəl baş verib:
“Bu söhbət altı ay əvvəl olub. Özüm də unutmuşam nədən söhbət
gedir. Kimə lazımdır e bu? Kimsə kiməsə salamı gec verəcək, saytlar
onu yazacaq? Hər gün kiminsə kiminləsə sözü düz gəlmir, mübahisəsi
olur. Poliklinikada da, xəstəxanada, redaksiyada, televiziya
şirkətində də kiminsə sözü bir-biri ilə düz gəlməyə bilər”.
Qeyd edək ki, aznews.az saytı “Nazirin xanımı” tamaşası zamanı xalq artisti Bəsti Cəfərova ilə aktrisa Rada Nəsibova arasında qalmaqal yaşandığı barədə xəbər yaymışdı. Qeyd olunurdu ki, Cəfərova ilə eyni səhnəni bölüşən aktyor Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılar tərəfindən xüsusi alqışlanmaları tərəflər arasında narazılığa səbəb olub. Sonradan Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılarla əl verib görüşmələri isə Bəsti Cəfərovanı özündən çıxarıb. O, ayaqqabılarını çıxardaraq, Rada Nəsibovaya “Səhnədən çıxın, yoxsa, gəlib bunu başınıza vuracam” deyib. Sonra isə o, səhnənin arxasına keçərək, bərkdən, hamının eşidəcəyi tonda Rada Nəsibovaya onu teatrdan qovduracağını deyib: “Səni teatrdan da, bu obrazdan da çıxartdıracam”.
Bu hadisəyə görə xalq artistinin şikayəti əsasında aktrisa Rad Nəsibovaya töhmət verilib.
İntiqam VALEHOĞLU
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO