Tabloid.az
Arıq modellərin podiuma çıxması qadağan ediləcək - FOTOLAR
Dünyanın moda mərkəzi olan Fransada həddən artıq arıq olan modellərin podiuma çıxması qadağan ediləcək.
Publika.az xəbər verir ki, artıq bunun üçün bır sıra tədbirlər görülüb. Millət vəkili Olivier Veran "Modellər arıqlaya bilmək üçün sağlamlıqlarını təhlükəyə atırlar. Çox arıq olan qızların podiuma çıxması qadağan olunmalıdır” deyib. Millət vəkili bununla bağlı qanun layihəsi hazırladıqlarını və hökumətə təklif paketi göndərdiklərini qeyd edib.
Ölkənin səhiyyə naziri Marisol Turen də hökumətin bu qanun layihəsini dəstəkləyəcəyini açıqlayıb.
Əgər qanun layihəsi qüvvəyə minərsə, qaydalara əməl etməyən model agentlikləri 75 min avro cərimə ödəməli olacaqlar. Həmçinin agentlik rəhbərlərinin 6 aya qədər həbs edilməsi də mümkün olacaq.
Qeyd edək ki, Parisdəki moda evlərinin xüsusilə də yüksək moda həftələrində həddən artıq arıq olan modelləri podiuma çıxartmaları və bu səbəblə modellərin arıqlaya bilmək üçün sağlamlıqlarını təhdid edən pəhriz saxlamaları ölkədə son illər ciddi müzakirələrə səbəb olur.
Statistikaya görə, Fransada təxminən 40 min gənc qız düzgün qidalanmamaq nəticəsində yaranan anoreksiya və bulimia kimi xəstəliklərdən əziyyət çəkir.
Ləman Sultan
-
Ekologiya14:08
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
İqtisadi gündəm14:00
Aksiz vergisi 4 manat 18 qəpikdir: Bazarda isə litri bir manata olan araq satılır
-
Nida Xəbər 13:16
Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?
-
Magazin113:07
Əməkdar artist bu fotonu gördü: göz yaşları "SEL OLDU" - VİDEO
-
Qoroskop11:49
Ən yalançı bürclər - Bundan həzz alırlar
-
Nida Xəbər 10:52
Bu mərkəzə direktor təyin edildi - FOTO
-
Səhiyyə10:18
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
-
Art09:10
Başına müsibətlər gələn, 35 yaşında ölən aktyorun faciəvi həyat yolu