Tabloid.az
Azərbaycanlı rəssamın sərgisi açılacaq - FOTOLAR
Aprelin 3-dən 5-dək Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi keçiriləcək. Publika.az xəbər verir ki, sərgidə Türkiyədə yaradıcılıqla məşğul olan və Azərbaycan incəsənətini xaricdə layiqli təmsil edən, beynəlxalq sərgilərin iştirakçısı, UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü, Emil Əzizin üç istiqamətdə 40-dan artıq yeni əsəri nümayiş olunacaq. Bununla yanaşı rəssamın şəxsi kolleksiyalardakı bəzi işləri də sərgilənəcək. Bu dəfə rəssam qadın, zaman və dəb mövzusu ilə yanaşı peyzaj, eləcə də Bakının əks olunduğu kompozisiyaları təqdim edəcək. Sərgidə “Çəhrayı piano”, “Qanlı almaz”, “Maskaların oyunları”, (“Misirin sirləri”, “Yağışdan sonra”, “Neft yataqları”, “Taksim” kimi tablolar da sərgilənəcək.
“Yuxularım”la sənətsevərləri zəngin rəng dünyasına qonaq edəcək rəssam sözügedən sərgiyə səkkiz aydan artıqdır hazırlaşır. Emil Əziz əsərlərində qadın gözəlliyi, fantaziya, ironiya və realizmi birləşdirir. Yuxularının məhz rəngli olması da təsadüfi deyil.
Sərgiyə giriş pulsuzdur.
Qeyd edək ki, Emil Əziz 1984-cü ildə Bakı şəhərində anadan olub. Türkiyənin nüfuzlu təhsil ocağı sayılan Boğaziçi Universitetinin riyaziyyat fakültəsini bitirib. Rəssamlığa uşaq yaşlarından maraq göstərən Emil bu sənətin sirlərini atası əməkdari incəsənət xadimi Rafiq Əzizovdan, əməkdar rəssam Sakit Məmmədovdan öyrənib. 1995-ci ildən İstanbula köçən rəssam Türkiyənin əksər sərgi salonlarında təşkil olunan bir çox sərgilərdə iştirak edib. 2011-ci ildə UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü seçilib. 2012-ci ildə Beşiktaş Dəniz Müzeyində "Artİstanbul", 2014-cü ildə isə Bakıda “Səmanın rəngləri” fərdi sərgilərini keçirilib. 2014-cü ildə “Qız Qalası" Beşinci Beynəlxalq incəsənət festivalında, həmçinin Portuqaliyanın Lissabon şəhərində keçirilən “VERA Fine Art” Festivalında iştirak edib. Hazırda Fransanın paytaxtı Paris şəhərindəki Luvr muzeyinin Carrousel qalereyasında təşkil olunacaq sərgiyə hazırlaşır.
İsa Şükürov
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO