Tabloid.az
Türkiyəli həkimlərdən Fikrət Qocaya qəti göstəriş
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın səhhətində irəliləyişlər olsa da, şair hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir.
Bu barədə Publika.az-a danışan Fikrət Qoca ürək ağrılarından xilas olmadığını deyib: “Türkiyədə səhhətim o qədər pis olub ki, çox şeydən xəbərim olmayıb. Sonradan mənə yaxınlarım dedilər ki, ürəyimdə bir neçə damarı təmizləyiblər. Damarlar tutulubmuş. İndi evdən bayıra çıxa bilmirəm, elə yataq şəraitində müalicə alıram. Bədənim çox zəifləyib, xəstəliyə tab gətirə bilmirəm. Ürəyimdəki problemlər aradan qalxmayıb. Türkiyəli həkimlər mənə ehtiyatlı olmağı, vaxtlı-vaxtında müalicələrimi davam etdirməyi tapşırıblar. Əlbəttə başa düşürəm, ürəklə zarafat etmək olmaz, Allaha təvəkkül”.
Xalq şairi həkimlərin ona işə çıxmağı da qadağan etdiyini bildirib: “İşə çıxmıram, həkimlər mənə həyəcanlanmağı və işləməyi qadağan ediblər. Sağ olsunlar, AYB-dən həmişə zəng edib hal-əhval tuturlar Anar müəllim yanıma gəlib-gedir”.
Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq İstanbula aparıblar.
Cəvahir
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək