Tabloid.az
Şokolad da dərini cavanlaşdırır
Kim deyir ki, şokolad sızanaq əmələ gətirir və dəriyə zərər verir? Şokolad artıq kosmetika dünyasının da baş tacıdır.
Şokoladın çox sirli tərkibi var. Hər gün yeni bir faydası kəşf edilir. Şokoladla bağlı son kəşf dəri üzərindəki müsbət təsiridir. Məsələn, acı şokoladın tərkibindəki kakao dəri toxumalarını qidalandırır və qan dövranını sürətləndirir.
Hətta şokolad günəş işıqlarının zərərli təsirlərindən qorumağa kömək edir. Şokoladın tərkibindəki kakao yağı əla nəmləndiricidir. Dərini təkcə yumşaltmaqla kifayətlənmir, nazik qırışları da azalda bilir. Bu, Amerikada aparılan bir araşdırmada da öz təsdiqini tapıb.
Amerikada bir qrup qadın 12 həftə ərzində hər gün (flavanol miqdarı 329 mg) tünd şokolad yeyib. Sonda qadınların dəriləri əvvəlki ilə müqayisə olunub. Müqayisə nəticəsində məlum olub ki, qadınların dərilərində quruluq müşahidə olunmayıb, əksinə yumşaldığı və hamarlaşdığı aşkarlanıb. Həmçinin şokolad qan dövranını sürətləndirdiyi üçün dərinin alt təbəqələrinin qalınlaşdığı və günəşə qarşı daha dayanıqlı hala gəldiyi məlum olub.
Şokoladın bu faydasını görən kosmetika firmaları da boş dayanmır. Son zamanlar istehsal olunan kosmetik məhsulların tərkibində şokoladdan çox istifadə olunur. Bu məhsullarda şokolad, soya və badam kimi bitki tərkibli yağlarla birləşdirilərək təsiri artırılır. SPA və gözəllik mərkəzləri də şokoladdan geniş istifadə edirlər. İsti şokolad maskaları bədən dərisini gözəlləşdirir və sakitləşdirir. Şokoladın tərkibindəki polifenlər dərini qidalandırır və rənginin açılmasını təmin edir.
İsti şokolad maskası
Şokolad maskası dəridə pilinq effekti verərək dərini yumşaldır, hamarlaşdırır və hüceyrələrini yeniləyir. Ağ şokoladın tərkibindəki E vitamini isə yaraları sağaldan özəlliyə sahibdir. Qırışları azaldır, sallanan dərini sıxlaşdırır. Südlü şokoladda fındıq və badam yağı olduğu üçün dərinin nəm balansı qoruyur. Şokolad maskası çox zövq vericidir. Maska yuyulduqdan sonra nəmləndirici vasitə çəkilib masaj edilir.
Şokolad maskası
Ərzaqlar: Yarım stəkan kakao, 1 yemək qaşığı süd kremi, 1 çay qaşığı bal.
Hazırlanması: Ərzaqları yaxşıca qarışdırıb bədənin istənilən hissəsinə çəkin. 15 dəqiqə gözləyib ilıq su ilə yaxalayın. Bu maska dərinin yumşaldır.
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Hadisə08:10
Sumqayıtda PARTLAYIŞ oldu: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR