Tabloid.az
Xəyanət edən kişini hansı yalanlar ələ verir?
Xəyanət edən kişilərin hamısı demək olar ki, eyni yalanları danışırlar.
Tabloid.az aldadan kişilərin ən çox danışdığı yalanları təqdim edir:
Telefonda deyilən yalanlar: Kişilər mobil telefondan pis əməllərinin üstünü örtmək üçün tez-tez istifadə edirlər. Evə gec gələcəkləri gün sizi şübhələndirməmək üçün əvvəlcədən zəng edib “tıxacda qalmışam”, və ya “iclasa girirəm” deyə bilərlər. Hətta bəzi kişilərin mobil telefonunda olduqları məkanın səs-küyünün qarşı tərəfə getməsinə mane olan proqramlar da var. Əgər həyat yoldaşınız tez-tez bu cür bəhanələr uydurursa, şübhələnməkdə haqlısınız.
Telefon kitabçasında kişi adları: Kişilər çox ağıllı olduqlarını düşünürlər və elə bilirlər ki, qadınlar onların hiylələrindən xəbərdar deyillər. Ancaq hamı bilir ki, kişilər görüşdükləri qadınların nömrələrini telefon kitabçasına kişi adları ilə qeyd edirlər. Siz Məmməddən gələn mesajı oxuduğunuzu fikirləşərkən “eşqim”, “canım” kimi sevgi sözlərini görüb şoka düşə bilərsiniz.
Telefon çox vaxt söndürülür: Gün ərzində telefonu söndürülmüş olan kişidən bunun səbəbini soruşanda böyük ehtimalla telefonunun enerjisinin bitdiyini və söndüyünü deyəcək. Bu hal tez-tez təkrarlanırsa, aldadıldığınıza əmin ola bilərsiniz.
Taksi tapa bilmir: Dostları ilə görüşəcəklərini deyərək evdən çıxan əriniz gedəcəyi yerin yaxın olduğunu deyir və maşınla getmək istəmir. Evə gecə gec saatda gəlib çıxır və açıqlaması da belə olur: “şəhərdə adam çox idi, taksi tapa bilmədim”. Belə çıxır ki, gedəndə yaxın olan yer, qayıdanda uzaqlaşıb. Siz belə yalanlara inanmayın!
Receb İvedik idi, Romeo oldu: Normalda sizə adi xoş sözləri belə çox görən adam birdən-birə Romeoya çevrilir. Evə əlində çiçəklərlə gəlir, bahalı hədiyyələr alır və ya bahalı restoranlara yeməyə aparır. Əmin olun ki, sizi aldatmağa davam edən, amma az da olsa qalmış vicdanından yaxasını qurtara bilməyən kişi belə xoş sürprizlərlə özünü təsəlli edir. Sizi xoşbəxt etməyə çalışaraq özlüyündə vicdanını susdurmaq istəyir.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO