Tabloid.az
Daşıdığınız çanta rənglərinin mənasını bilirsinizmi? - FOTOLAR
Dizaynerlər bu mövsümdə sakit, yumşaq tonları unutmağı, üslubunuza parlaq və daha qaynar tonları əlavə etməyi tövsiyə edir. Göy qurşağı rənglərində olan çantalar sizi təkcə mövsümün ən dəbli xanımına çevirməyəcək, həm də əhvalınızı qaldıracaq. Tabloid.az mövsümün ən dəbli çantalarını və o rənglərin psixoloji mənalarının təsirini araşdırıb. Beləliklə, mövsümün ən dəbli çantaları...
Qırmızı ən çox diqqət çəkən və şəhvətli rəngdir. Ciddi və rəsmi üslubda geyinən xanımlar bir qayda olaraq bu rəngdə çanta gəzdirməyi özlərinə icazə vermirlər. Qırmızı rəngin çalarları aktiv fəaliyyəti qaldırır, stimullaşdırır və eşqbazlığa sövq edir. Qırmızı don geyinmiş, qırmızı pomada çəkmiş, üstəgəl qıpqırmızı çanta gəzdirən qadın ehtiraslı və açıq-aydın eşqbazlığa meylli olduğunu bildirir.
PAULA CADEMARTORI; MOSCHINO; COCCINELLE; BRUNELLO CUCINELLI; ZARA
İncə çəhrayı - İncə çəhrayı romantiklər üçün nəzərdə tutulub. İncə çəhrayı sadəlövh və yelbeyin kimi görünməkdən qorxmayan romantik qızlara çox yaraşır. Xəyalpərəstlik və həyatı ciddi qəbul etməmək insanları özünə cəlb etmək üçün əla keyfiyyətlərdir. Lakin bu çalarların istifadəsində ağ eləməmək və barbi gəlinciyi kimi görünməməyə çalışmaq lazımdır. İncə çəhrayı çantanı eyni çalarlarda olan aksessuarlarla tamamlayın. Qalan geyimləri bej tonlarında seçə bilərsiniz.
COCCINELLE; LOUIS VUITTON; ALEXANDER WANG; VALENTINO; COCCINELLE
Dizaynerlərin bu mövsümdə ən favorit rəngi, ən pozitiv və enerji saçan rəng - sarıdır. Günəş çalarları - xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Bir çox ölkələrdə sarı uğur, tərəqqi, firavanlıq rəmzi hesab olunur. Belə ki, sarı rəngli çantanı qarderobunuza çəkinmədən əlavə edə bilərsiniz. Bu rəngi adətən yeni parlaq emosiya və dəyişikliklərin intizarında olan insanlar seçirlər.
MULBERRY; Marc by Marc Jacobs; Louis Vuitton; Coccinelle; BGN
Mavi - sülh və əminamanlıq deməkdir. Ona görə də bu rəngli çantanı inqilablara can atmayan, əksinə, mühafizəkar ruhlu qızlar daşımağa razı olur. Bu rəng davamlılığı və etibarlılığı ifadə edir. Elə buna görə də ciddi iş görüşlərinə və mühüm danışıqlara gedərkən bu rəngə üstünlük verilməsi məsləhət görülür.
BEFREE; OLYMPIA LE TAN; SCHUMACHER; ECCO; LANCEL
Sakitləşdirici gücə malik olan yaşılın zəngin çalarları: zümrüd, açıq yaşıl bu mövsüm çox dəbdədir. Bundan əlavə, yaşılın mistik və sehrli mənaları var. Müəmmalı, cazibədar obraz yaratmaq istəyirsinizsə, bu rəngə müraciət edin. Yaşılın yumşaq tonları istənilən cazibəli üsluba uyğun olacaq.
Mark Cross; Paula Cademartori; Charlotte Olympia; Alexander Mcqueen; Joop
Ağ rəng bir çoxlarının fikrinə zidd olaraq, çox dinamik və aktiv rəngdir. Bu, cavanlıq, təmizlik və məsumluq rəngidir. Ağ - ilk görüş üçün ideal rəngdir. O, diqqət cəlb etməkdə qırmızıdan geri qalmır. Buna baxmayaraq, sizin haqqınızda heç bir əlavə məlumat verməyəcək. Lakin onlar qüsursuz olmalıdır. Çünki ağın çirkə qətiyyən dözümü yoxdur.
COCCINELLE; MICHAEL MICHAEL KORS; JOOP; MOSCHINO; COCCINELLE
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO
-
Nəqliyyat4 Noyabr 19:20
Hazırda 18 küçədə tıxac var - SİYAHI
-
Dünya4 Noyabr 19:10
Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var