Tabloid.az
Dikdaban ayaqqabı geyinmək üçün barmaqlarını kəsdirənlər - FOTOLAR
Xanımların ən çılğın plastik əməliyyatlarının siyahısına yenisi əlavə olunub. Belə ki, dünyanın bir çox ölkəsində ayaq barmaqlarını kəsdirmək dəbə çevrilib. İncə topuqlu, hündürdaban ayaqqabılardan çölə çıxan barmaqlarını kəsdirən qadınlar bütün dünyanı təəccübləndirir.
İlk dəfə ABŞ qadınlarının baş vurduğu bu dəhşətli əməliyyat sürətlə bütün dünyaya yayılmaqdadır. “Daily Mail” qəzetində “Ən təhlükəli plastik əməliyyat” başlığı ilə yayımlanan xəbərdə həkimlərin buna “Sindrella əməliyyatı” adını verdikləri bildirilir.
Əməliyyat zamanı baş barmaq istisna olmaqla digər dörd barmıq ortadan kəsilir və barmaqlar istənilən uzunluqda saxlanılır. Sonra dırnaq hissə yenidən barmaqlara tikilir. Bu əməliyyat İngiltərədə 4500 sterlinqə başa gəlir. Əməliyyatdan sonra xəstə uzun müddət ağrı çəkir və yeriyə bilmir.
Bu əməliyyatı etdirən Paulin Çarlikovska adlı qadın “əməliyyat çətin keçsə də, çəkdiyim ağrılara dəydi. Ayaqlarımı heç bəyənmirdim. İndi isə istədiyim ayaqqabını geyinə bilirəm. Özümə inamım artıb”, - deyərək hamını təəccübləndirib.
Ən təhlükəli və ağrılı əməliyyat sayılan bu yeni dəb cərrahları və həkimləri də iki cəbhəyə ayırıb. Belə ki, həkimlərdən bəziləri bu əməliyyatı normal qarşılayır, bir qrup həkim isə sağlamlıq baxımından ehtiyac olmadığı müddətcə belə təhlükəli əməliyyatları etdirməyi dəlilik hesab edirlər.
Tabloid.az
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq