Tabloid.az
Ekranın cazibədar Kleopatraları – FOTOLAR
Misir çariçası “Kleopatra” böyük ekranlarda...
Ən məşhur Kleopatralar – Vivyen Li, Elizabet Teylor, Sofi Loren, Monika Beluççi...
Səssiz kino ulduzu Teda Bara, “Kleopatra”, 1917. Rejissor Qordon Edvards
Bu film Amerika kino institutun axtardığı top-onluqda yer alır. Filmin büdcəsi o dövr üçün ağlasığmaz hesab edilir - 500 min dollar.
Səssiz filmin premyerası 1917-ci il, oktyabrın 14-də baş tutub.
Klodett Kolber, “Kleopatra”, 1934. Rejissor Sesil. B. De Mill
Sarışın Kolber Klodett komediya aktrisası olsa da, bu rolun öhdəsindən gəlməyi bacarıb. İtalyan tamaşaçısı filmi “parodiya və yalan” adlandırmasına rəğmən, ABŞ-da Klodettin iştirakı ilə çəkilmiş “Kleopatra” bir neçə “Oskar” əldə etdi.
Şıltaq Vivyen Li, “Sezar və Kleopatra”, 1945-ci il, Böyük Britaniya. Rejissor Qabriel Paskal
Vivyen Linin ifasında Kleopatra çox incə, zərif alındı. Ancaq aktrisanın “Küləklə sovrulanlar”dakı möhtəşəm oyunu bu filmdə təkrarlanmadı...
Seksual Sofi Loren, “Kleopatra ilə iki gecə”, 1954, İtaliya. Rejissor Mario Mattoli
Film boyu incə yumor tamaşaçını məftun edir. Ancaq nəzərə almalıyıq ki, “Kleopatra ilə iki gecə” tarixi faktlardan çox-çox uzaqdır. Filmdə Kleopatranın adi kəndli ilə yaşadığı eşq macərasından bəhs olunur.
Gözəl Elizabet Teylor, “Kleopatra”, 1963. Rejissor Cozef Mankeviç
Elizabet Teylorun iştirakı ilə çəkilmiş bu film Kleopatra haqda çəkilmiş ən məşhur filmə çevrildi. Film çəkilişləri zamanı aktrisa həyatının sevgisini də tapdı – aktyor Riçard Barton...
Film çəkilişləri bağlı bir neçə maraqlı fakt məlumdur. Elizabet soyuq İngiltərədə çəkilməkdən imtina edir və çəkilişlər İtaliyada davam etdirilir.
Leonor Varela, “Kleopatra”, Almaniya/ABŞ, 1999. Rejissor Frenk Roddem
Çilili aktrisa Leonor xarici görünüşcə Kleopatraya uyğun olan yeganə aktrisalardan biri idi. Elizabet Teylor kimi, Leonor da burada sevgisini – Billi Zeyni tapır. Düzdür, sevgi alovu iki ildən sonra söndü...
Cazibədar Monika Beluççi, “Asteriks və Obeliks: Missiya Kleopatra”, Fransa, 2002. Rejissor Alen Şaba
Monikanın hər səhnədə geyindiyi bahalı libaslar çəkilişdən sonra xeyriyyə məqsədi ilə auksionda satıldı.
Komediya janrında olan bu filmin də tarixi faktlarla heç bir əlaqəsi yoxdur. Tarixlə üst-üstə düşən yeganə fakt Monikanın baxışları idi - əsl kraliça baxışı...
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO