Tabloid.az
“Bizim Teatr” festivalı olacaq
Bakı Uşaq Teatrı “Bir teatr-bir festival” layihəsi çərçivəsində ikinci festivalını keçirməyə hazırlaşır. “Bizim Teatr” adlandırılan festival 27-29 mart tarixlərində Bakıda keçiriləcək.
Teatrın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutacaq festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.
Hazırda teatrda çalışan hər aktyor ikinci festival üçün öz tamaşasını hazırlayır. Onlardan bəziləri mono-tamaşa, bəziləri isə, iki və daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Ümumilikdə, klassik, pantomim, eksperimental və s. olmaqla 13 tamaşa üzərində iş gedir. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.
Festivalın açılışı Beynəlxalq Teatr Günündə Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq. Qonaq qismində Türkiyə, İran, Gürcüstanın da teatr kollektivlərinin qatılacağı gözlənilir. Ümümiyyətlə, “Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar TXİ-nin tamaşa zalının səhnə və foyesində nümayiş etdiriləcək.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO