Nadir Qafarzadə xəbərdarlıq etdi
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə xəbərdarlıq etdi

“Mən Türkiyədəm, maşınım isə qarajdadır”

Müğənni Tabloid.az saytına açıqlamasına bir neçə gün öncə mətbuatda “90 BS 777” nömrə nişanlı, “Lexsus” - 570” markalı avtomobilinin Yol Polis Əməkdaşları tərəfindən cərimə meydançasına aparılması xəbərinə aydınlıq gətirib. O, bildirib ki, maşının cərimə meydançasına aparılması xəbəri şayiədir:

“Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Sənətçi dostlarımla birgə Fransada iştirak etdiyim “Fort Boyard” yarışmadan sonra buraya dincəlməyə gəlmişəm. Hər zamankı kimi ailəmlə, doğmalarımla istirahət edirəm. Belə bir xəbər oxudum ki, guya avtomobilimi cərimə meydançasına aparıblar. Yayılan xəbər həqiqət deyil. Mən Türkiyədə, maşınım isə qarajdadır”.

N.Qafarzadə haqqında gəzən növbəti yalanı şayiə adlandırıb:

“Deyəsən, bütün şayiələr tükənib, indi də keçiblər maşınıma?! Bu cür söz-söhbətlərlə istirahətimi heç kim pozma bilməz. Buna cəhd edənlərə isə deyirəm ki, bu sizdə alınmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm