Arıqlamaq üçün bunları etmək çox təhlükəlidir - Fotolar
Bizi izləyin

Tabloid.az

Arıqlamaq üçün bunları etmək çox təhlükəlidir - Fotolar

Arıqlamaq üçün bunları etmək olmaz - Fotolar

Arıqlamaq, ideal bədən ölçülərinə sahib olmaq üçün qadınlar bəzən səhv yollara əl atırlar. Bəs arıqlamaq üçün nələri etmək olmaz? Nələr sağlamlığa böyük zərər verə bilər? Tabloid.az pəhriz, arıqlamaq haqqında doğru bildiyimiz yanlışları təqdim edir.

Artıq çəkidən birdəfəlik xilas olmaq mümkün deyil

Artıq çəkidən birdəfəlik azad olmaq asan olmasa da, mümkündür. Düzgün pəhriz saxlasanız, mütəxəssisin fikirlərindən bəhrələnsəniz, tez bir zamanda sağlam şəkildə arıqlaya bilərsiniz. Tez-tez çəkinin artıb-azalması bunun mümkün olmadığını deyil, nəyisə səhv etdiyinizi göstərə bilər.

Cəfəri suyu arıqladır

Cəfəri sidikqovucu təsirə malikdir. Müntəzəm olaraq bu göyərtinin suyunu içənlər bu təsir nəticəsində özlərini yüngülləmiş hiss edəcəklər. Tərəzidəki rəqəm bir az da az ola bilər. Əslində, bu işin arıqlamağa və yağ yandırmağa ciddi şəkildə faydası yoxdur. Bu içkini içəndən sonra idman etsəniz, nəticəni daha tez əldə etmək şansınız olar.

Müntəzəm və tez-tez yemək yeyilməlidir

Yeməyi saata görə deyil, bədəndən gələn siqnallara görə yeyin. Əgər özünüzü ac hiss edirsinizsə, mütləq nə isə atışdırın. Bunun yağlı, tam yemək olmasına ehtiyac yoxdur. Ayran, ləbləbi, meyvə aclığı aradan qaldıra bilər.

Az yeməklə arıqlayın

Piylənməyə səbəb olan gizli metobolizma probleminiz varsa, nə qədər az yesəniz də, birdəfəlik arıqlaya bilməyəcəksiniz. Bunun üçün ömürlük qidalanma sistemi hazırlamalısınız.


Dərmanlar çəki azaldır

Çox ciddi çəki problemi olan insanlarda həkim müayinəsindən sonra hər hansı dərmandan istifadə edilə bilər. Amma mütləq həkim məsləhəti ilə. Kortəbii olaraq qəbul edilən dərmanlar nəinki arıqlada, sağlamlığınıza sağalmaz fəsadlar törədə, hətta əks təsir göstərə bilər.

Piylənmə

Əgər kökəlməyə başlamısınızsa, buna səbəb olan amilləri tapın, müalicə edin. Başqa xəstəliklərdə olduğu kimi piylənmədə də erkən müdaxilə önəmlidir.

Möcüzə pəhrizlə tez arıqlayın

Piylənməyə qarşı çox qısa zamanda maksimum nəticə verən möcüzəli pəhriz, dərman və ya başqa bir üsul yoxdur. Sağlam çəki itirilməsi üçün mütləq səbir, inanc və cəhd etmək lazımdır.

Qısa zamanda sürətlə arıqlamaq mümkündür

Təcili arıqlamaq istəyən şəxs sağlamlıqdan məhrum ola bilərlər. Çünki həkim tövsiyəsi olmadan, kortəbii pəhrizlər və tibbi əsası olmayan arıqlama tövsiyələri və ya çox aşağı kalorili pəhrizlərlə arıqlasalar belə yaşam tərzlərini dəyişdirmədikləri üçün əvvəlki kilolar geri dönə bilər.

Bəzi bölgələrə xüsusi pəhriz var

Hər kəsin genetik olaraq daha çox yağ hüceyrəsi toplanan bir hissəsi var. Kimdəsə bu ayaqlar, kimdəsə qarın, kimdə isə qollardır. Sadəcə bir nayihə üçün nəzərdə tutulan pəhriz yoxdur. Ancaq sağlam qidalanma və idmanla istədiyiniz hissədə incəlməyə nail olmaq mümkündür.

Zülallı qidalar sağlam arıqladır

Orqanizm zülallı qidaların həzminə böyük enerji sərf edilir və müəyyən arıqlama ola bilər. Ancaq zülalla birgə bədənə daxil olan yağlar da çoxalır və ürək xəstəlikləri riski artır. Bundan əlavə zulal sümükdən kalsium çəkir ki, bu da gələcəkdə sümük əriməsinə səbəb ola bilər. Yəni bu yolla arıqlasanız belə, gələcək həyatınızı xəstə kimi keçirə bilərsiniz.

İdman edərkən sellofan bağlamaq arıqladır

Bu üsul çox geniş yayılsa da, çox yanlışdır. Tərləməyə yol açsa da, çəki azalmasına səbəb olmur. Bundan əlavə orqanizmə fəsadlar da vura bilər.


Meyvə yeməkdən 2 saat sonra yeyilməlidir, yoxsa yağa çevrilir

Əgər doymamısınızsa, ikinci boşqabın yerinə meyvə yeyin. Bu həm doydurucu olur, həm də daha az kalori qəbul etməyə yardımçı olur.


Acqarına idman arıqladır

Acqarına idmanla məşğul olmaq sağlamlıqla bağlı problemlərə yol aça bilər. İdman üçün ən ideal zaman yeməkdən 1,5- 2 saat sonradır.

Sauna arıqladır

Sauna kimi isti yerdə orqanizm yağ yox, su itirir. Bu isə dərinin qurumasına tol açır.

Yeməyə şorba ilə başlayanlar az yeyir

Yemək yeməyə şorba ilə deyil, salat, qatıq və ya su ilə başlamaq məsləhətdir. Bundan sonra şorbaya keçin. Yeməkdən sonra doymamısınızsa bir stəkan su için.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm