Tabloid.az
Ayaqları uzun və zərif göstərən çəkici stillər - Fotolar
Hansı qadın istəməz ki, uzun və cazibəli ayaqları olsun... Təəssüf ki, bütün qadınların bəxti gətirməyib və hamı uzun ayaqlara sahib deyil. Amma bir neçə gözəllik hiyləsi ilə bu kiçik qüsuru ört-basdır edərək ayaqları uzun göstərmək olar. Dizaynerlərin bitib-tükənməyən fantaziyaları bütün bədən tiplərini nəzərə alıb. Tabloid.az ayaqları uzun göstərən dəb və gözəllik hiylələrini araşdırıb.
Qısa don alın: Ayaqları incə və zərif göstərmək istəyirsinizsə, qısa donları ən yaxın rəfiqəniz etməlisiniz. Qısa donlar midi donlarla müqayisədə ayaqları daha iki qat uzun göstərir.
Dikdaban ayaqqabılar: Dikdaban ayaqqabılar qadın seksuallığının əsas rəmizdir. Çünki ayaqları uzun və düz göstərir.
Qələm ətək: Qələm ətək alın. Qələm ətəklər bədənə yapışdığı üçün beli daha incə göstərir. Bluz, ya da köynəyi ətəyin içinə salaraq geyinin. Bu zaman ombanız bir az yuxarıda göründüyü üçün ayaqları vizual olaraq uzadır.
Monokrom: Monokrom (bir rəng) tərzində geyinin.
Başdan ayağa eyni rəngə bürünməklə ayaqların daha uzun görünməsinə
nail ola bilərsınız. Monokrom tərzi təkcə ayaqları vizual olaraq
uzun göstərmir, eyni zamanda, daha arıq göstərməyə kömək edir.
Qısa şort: Qısa şortlar geyinin. Yayın
əvəzolunmaz geyimlərindən biri də şortdur. Yay aylarında
ayaqlarınızın gözəl və uzun görünməsini istəyirsinizsə, qısa
şortlara yönəlin.
Xətli şalvarlar: Uzun və xətli şalvarlar geyinin. Xətli şalvarlar da ayaqları uzun göstərmək özəlliyinə malikdir. İki rəng olduğu üçün göz yanılmasına səbəb olur və təsiri iki qat artır.
Uzun çəkmələr: Uzun çəkmələr də ayaqları uzun və arıq göstərə bilir. Dizə qədər uzanan çəkmələr qadınları daha uzun və qüsursuz göstərir.
Ət rəngi ayaqqabılar geyinin. Bu mənada xanımları şanslı hesab etmək olar. Çünki ət rəngləri bu mövsüm çox dəbdədir. Bu rəngli ayaqqabı tapmaq çətin deyil. Lakin ayaqqabı dərinin rəngi ilə eyni tonlarda olmalıdır. Bu model ayaqqabılar hündürdaban olmasa da, olar. Ət rəngi ayaqqabıların bir üstünlüyü daha var. Belə ki, onlar istənilən geyimlə uyğunlaşır.
Ayaqlarınızı bronzlaşdırın. Qarderobunuzda qısa ətəklər və şortlar çoxluq təşkil edirsə, ayaqlarınızı uzun göstərmək üçün bronzer (bronzerin əsas məqsədi günəşə çıxmadığınız halda dərini qaralmış kimi göstərməkdir) istifadə edə bilərsiniz. Bronzer ilə parlayan və qaralan hamar ayaqlar daha uzun görünür. Əgər bronzlaşdırıcı istifadə etmirsinizsə, ayaqlarınıza çəkdiyiniz nəmləndirici kremin içinə bronz rəngli göz kölgəsi də əlavə edə bilərsiniz.
Şalvar və ayaqqabıları eyni rəngdə geyinin. Onların eyni tonlarda olması vacibdir. Bu zaman ayaqlar daha zərif görünür. Ətək geyindiyiniz zaman corab və ayaqqabılar eyni tonlarda olarsa, ayaqlar uzun və arıq görünər. Bu stil bəsit olsa da, çox eleqantdır.
Balaqları enli olan şalvarlar geyinin. Qarderobunuza balaqları enli olan şalvarlar əlavə etməyi, unutmayın. Bu şalvarları hündürdaban ayaqqabılarla (tanketka) tamamlayın. Balaqların ayaqqabının dabanı ilə bərabər olmasına fikir verin.
Tünd rənglərdən qorxmayın. Açıq rənglər ayaqları olduğundan daha qalın, dolayısı ilə qısa göstərir. Buna görə də, tünd rəngli şalvar və lasinləri qarderobdan əskik etməyin. Qısa ətək və şort geyindiyiniz zaman tünd rəngli corablar ən böyük xilaskarınız olacaq.
Hündürbel geyimlər alın. İstər ətək, istərsə də şalvar və ya şort alarkən belinin yüksək olmasına diqqət edin. Belə ki, yüksək belli parçalar da ayaqları olduğundan uzun göstərir.
Həndəsi kəsimlər də ayaqları uzun və arıq göstərə bilir. Üstəlik, hündürdaban ayaqqabı geyindiyiniz zaman təsiri güclənir.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü