Tabloid.az
Yayda rahat yatmaq üçün nə etmək lazımdır?
Havalar isindikcə yuxusuzluq problemi artır. Xüsusilə, bürkü gecələrdə rahat yata bilmirik. Yay mövsümündə rahat yuxuya getmək üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. Yatağı pəncərə kənarına, külək əsən yerə çəkmək olar. İstiyə qarşı həssas və dözümsüz olan insanlar gecələr də kondisionerdən istifadə edə bilər.
Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.
Rahat yuxuya getməyin ilkin şərtlərindən biri də paltar qədər
yataq və örtükləridir. Nəinki yayda, ilin bütün fəsillərində yataq
dəstinin pambıqdan olması şərtdir.
Keyfiyyətli yay yuxusu üçün diqqət etməli olduğunuz digər bir
məsələ yeməkdir. Gecə yatmazdan əvvəl yediyiniz son yeməklə yuxu
arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş
qidalardan qaçmaq lazımdır.
Yatmazdan əvvəl duş qəbul etmək də rahat yuxuya getməyə kömək edir.
Əgər yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və
ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını
istəyisinizsə, bu nahiyələri açıq qoyun.
Rahat yatmaq üçün bütün qabaqlayıcı tədbirlərə baxmayaraq,
əgər yayda yuxu ilə bağlı aşağıdakı problemləriniz varsa onda
həkimə müraciət edin. Çünki yuxusuzluq bəzi təhlükəli xəstəliklərin
gizli carçısı ola bilər.
- Yuxuya getməkdə çətinlik çəkir və ya keyfiyyətsiz yatırsınızsa.
- Necə saat yatmağınızdan asılı olmayaraq özünüzü səhər yorğun hiss edirsinizsə və ya yuxudan durmaqla bağlı probleminiz varsa.
- Yuxuda nəfəs almaqda çətinlik çəkirsinizsə.
- Gecə yatmamışdan öncə ayaqlarınızda ağrı, narahatlıq hiss edirsinizsə.
-
İKT23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO