Tabloid.az
Üz dərisini cavanlaşdıran kartof maskaları
Kartofdan hazırlanan dəriyə qulluq vasitələri ucuz və təbii üsullardan sayılır. Bunlar üz dərisinə yaxşı təsir göstərir. Yay aylarında dəri gözəlliyinə rəng qatmaq istəyənlər kartof, limon və baldan hazırlanan maskalardan istifadə edə bilərlər. Tabloid.az yay mövsümündə dərini gözəlləşdirən maska reseptlərini təqdim edir:
Kartof və limonda dəriyə təsir göstərən parıltılı maddələr var. Bal isə dərini nəmləndirməyə kömək edir. Dilimlənən kartofun üzərinə limon sıxaraq hazırlanan məhlulu üz dərisində 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Bu, dərini işıltılı və cazibədar edir.
Zeytun yağı və süd maskası da təsirlidir. Bunun üçün bir kartofu rəndələyin, üstünə bir yemək qaşığı zeytun yağı əlavə edin. Bir fincan süd də qatmaq olar. Bunları qarışdıraraq, hazır məhlul halına gətirdikdən sonra üz dərisinə çəkmək lazımdır. Bu, dərinin cavan olmasına kömək edir.
Dünya ulduzları parlaq dəri üçün çiy kartofun maskasından yararlanırlar. Kartof dilimlərindən hazırlanan maskalar üzdə olan sızanaqları azaldır.
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO