Tabloid.az
Ruhi özünə hakim rolunu layiq gördü, Faiq Ağayevə isə...
İş qadının Ruhi Əliyeva mətbuat konfransı təşkil edib. Tabloid.az xəbər verir ki, o, yeni layihəsi haqqında geniş məlumat verib.
R.Əliyevanın yeni layihəsi qadınlar üçün nəzərdə tutulub və “Dəb Siz” adlanır. ATV telekanalında canlı yayımlanacaq layihə haqqında fikirlərini bölüşən iş qadını qeyd edib ki, budəfəki layihə əvvəlkilərində xeyli fərqlənəcək.
Layihə rəhbəri bildirib ki, bu dəfə Rusiyaya üz tutublar:
“Layihəni hər dəfə Türkiyənin dəb verilişlərinə bənzədirdilər. Amma bu dəfə isə Rusiyanın populyar dəb verilişlərinə bənzər, amma milliliyi qorumaq şərti ilə həyata keçirəcəyik. Layihədə Rusiya dəbindən heç bir tendensiya olmayacaq. Mütləq şəkildə özümüzü - milli üslubumuzu təbliğ edəcəyik. Başqalarını təbliğ etməyimiz kifayətdir! İndi isə sıra özümüzünkülərdədir. Layihə çərçivəsində sırf Azərbaycan milli üslubunda dəb sərgilənəcək.”
R.Əliyeva onu da əlavə edib ki, layihə çərçivəsində xanımların düzgün geyim tərzini formalaşdırmağa çalışacaqlar:
“Amma onlar arasında yaş məhdudiyyəti də olacaq. Bəzən istisnalar olmaqla 22 yaşdan yuxarı olan hər bir xanım, hətta 60 yaşlı xanım bizə müraciət edə bilər. Əsasən orta yaşlı qadınların iştirakına üstünlük veriləcək.”
Layihənin münsiflərini və onların missiyasını açıqlayan R.Əliyeva fərqliliyin buradan başlandığını diqqətə çatdırıb:
“Təbii ki, bu işdə mənimlə çiyin-çiyinə çalışan kollektivimiz, o cümlədən, münsiflər heyəti də olacaq. Mən, modelyer Afaq İsmayılzadə və xalq artisti Faiq Ağayev münsif kürsüsündə əyləşəcəyik. Fərqlilik isə elə buradadır ki, bir növ məhkəmə ab-havası yaşanacaq. Qarşı tərəfin-iştirakçıların hüquqlarını Faiq Ağayev müdafiə edəcək. Afaq İsmayılzadə isə prokuror kimi yanaşacaq və iştirakçıları bir növ ittiham etmiş olacaq. Mən isə hakim olacağam. Çalışacağam ki, yekunda ədalətli qərar çıxarım”.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı