Tabloid.az
Ulduzların seksual saç düzümlərini təkrarlamağın qaydaları
Qırmızı xalıya çıxacaq ulduzlar üçün obraz yaradanda stilistlər eksperiment aparırlar və yeni saç düzümləri fikirləşirlər. Çünki onların əl işləri xeyli tərif və ya tənqid edilir.
Rusiya mətbuatı saç düzümü ilə seksual obrazları yaradılan üç
ulduzu müəyyənləşdirib. Tabloid.az xəbər verir ki, imicmeyker
Yevqeni Trefilov həmin saç düzümlərini təkrarlamağın yollarını
açıqlayıb.
Beləliklə, Hollivud buruqları ilə göz oxşayan Cessika
Alba
Hollivud buruqları saç rəngindən, sifət quruluşundan asılı
olmayaraq, bütün qadınlara yaraşır. Tələb olunan odur ki, saç uzun
və baxımlı olsun. Əgər saç telləriniz zədələnibsə, buruq etməzdən
öncə onların qayğısına qalın ki, bərpa olunsun. Bu cür buruqları
almaq üçün xüsusi fenlər var. Saçları üzə doğru burun və sonra
yüngül saç lakı sürtün.
Bəzi saç telləri qəsdən buraxılmış, bir növ səliqəsiz yığılmış saç modeli Byanka Baltinin gözəl gözlərini ön plana çıxarıb.
Bu saç düzümü etmək olduqca asandır. Sadəcə saçı öncədəm bu modeli yığmağa hazırlamaq lazımdır. Beləliklə, saçı daraqla şişirdin (naços etmək) ki, onun səliqəsizlik və həcmli görüntü verə biləsiniz. Sonra yüngülcə saçları başın ortasından bir balaca aşağıda toplayın. Amma toplanmış saçı çox sıxmayın ki, başınızda az saç olması görüntüsü ortaya çıxmasın. Əks halda seksual görüntünü ağlınızdan keçirməyin.
At quyruğu saç düzümü Sandra Balloko çox
yaraşır.
Hündürdən yığılmış at quyruğu saç düzümü demək olar ki, bütün
qadınlara yaraşır. Üz quruluşunun hansı tip olmasında asılı
olmayaraq, bütün qadınlar saçlarını bu model toplayıb, gözəl görünə
bilərlər. Əsas odur ki, çənə və boyun nahiyəniz ətli olmasın.
At quyruğu modeli üçün saçları adi qaydada, möhkəm yığın və hamarlıq üçün saç lakı səpin. Saçın toplandığı rezinkanı gizlətmək üçün saçdan bir qədər götürün və rezinkanın üstünə dolayın.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ