Tabloid.az
Astroloji proqnoz - 30 sentyabr
QOÇ - Bu gün hansısa fəaliyyətinizin səmərə
verəcəyi inandırıcı görünmür. Lakin buna görə ruhdan düşməyinizə
əsas yoxdur. Əksinə, sövdələşmələrə başlamaq və gəlir əldə etmək
üçün uğurludur.
BUĞA - İxtiyarınızda olan bu təqvimdə müəyyən gərginliklərlə
baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib
planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi
anlayın.
ƏKİZLƏR - Saat 15-ə qədər nəzərdə tutduğunuz planların bir çoxunu
reallaşdıracaqsınız. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə
söykənməlisiniz. Nahardan sonra səfərə çıxmağa dəyər.
XƏRÇƏNG - Astroloji göstəricilər səhhətinizdə problemlərin
olacağını göstərir. Hər addımda ehtiyatlı olun. Ələlxüsus da qida
və yuxu rejiminə ciddi riayət edin. Borc almağa girişməyin.
ŞİR - Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane
olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların
böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq.
QIZ - Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə
məşğul olasınız. Bunu etməsəniz ümumi yorğunluğunuz və daxili
süstlüyünüz səngiməyəcək. Qonaq getmək olar.
TƏRƏZİ - Məhəbbət aləmində romantik məqamlar yaşamaq
istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki,
cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının.
ƏQRƏB - Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə
iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə
qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin.
OXATAN – Planetlərin bürcünüzdəki neqativ quruluşu sağlıq
durumunuzda mənfi fəsadlar əmələ gətirə bilər. Buna baxmayaraq,
fəaliyyətdə uğurlarınız gözlənilir. Oturaq işləri
məhdudlaşdırın.
OĞLAQ - Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda
irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız
insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz.
SUTÖKƏN - Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa
çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız.
Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir.
BALIQLAR - Bəzi bürclərdə olduğu kimi sizin də səhhətlə bağlı
problemləriniz mümkündür. Bunun qarşısını almaq üçün ilk növbədə
əsəblərinizi qorumalısınız. Nahardan sonra sürpriz
gözlənilir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı