Tabloid.az
Aparıcı Aygün Kazımovadan üzr istədi
Aygün Kazımovanın adı ətrafında yaranan xoşagəlməz söz-söhbət aradan qalxıb.
Tabloid.az xəbər verir ki, ötən gün teleaparıcı Aytən Səfərova “Salam Azərbaycan” verilişinin canlı yayımında bildirmişdi ki, Türkiyə mətbuatı xalq artistinin qardaş ölkədə olan mənzilində əxlaqsızlıq yuvası aşkar edib. Verilişdə həmçinin 2012-ci ildə Türkiyə mətbuatında yer alan foto xəbər təqdim olunmuşdu. Xəbərdə Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızların 1000 dollar müqabilində zənginlərə təklif edildiyi iddia edilmişdi.
Bu gün verilişin növbəti buraxılışında Aytən Səfərova canlı yayımda xalq artistindən üzr istəyib.
“Türkiyə mətbuatında Ramazzonun Aygün Kazımova ilə şəkli qoyulmuşdu və xəbər yazılmışdı. Azərbaycanda və sosial şəbəkələrdə bu məsələni Aygün Kazımova ilə bağlayıblar. Biz də yanlışlığa yol vermişik. Bu məsələyə görə Aygün Kazımovadan üzr istəyirəm. Bəzi Türkiyəyə gedib-gələn, əli ətəyindən uzun müğənnilərdən fərqli olaraq, Aygün xanım orada tanınır. Oranın yerli şou-biznesində olanlarla münasibəti var, əməkdaşlıq edir. Demək istəyirəm ki, məlumatda olduğu məsələ ilə bağlı müğənnimizin heç bir əlaqəsi yoxdur. Burada söhbət yalnız onun yanındakı stilistdən gedirmiş. Ancaq qəzetdə Aygün Kazımovanın bu şəklindən istifadə ediblər. Bəzən informasiya yayanda onun içindəki məlumatlara diqqətlə nəzər yetirmək lazımdır ki, yanlışlıq olmasın”.
Qeyd edək ki, 2 il öncə Türkiyə KİV-ləri Ramazzo Romanın Azərbaycandan, Rusiyadan və Ukraynadan Türkiyəyə maniken işləmək üçün gətirilən gənc qızların fahişəliyə cəlb etdiyini yazmışdılar. Bu xəbər İstanbul insan alveri ilə bağlı mübarizə şöbəsinin beynəlxalq immiqrant qaçaqçılığı ilə məşğul olan bir şəbəkəni tutmaq üçün təşkil etdiyi əməliyyat zamanı üzə çıxmışdı.
O vaxt Roma haqqında “İnsan alveri” və “fahişəliyə yer təmin etmək” səbəbi ilə araşdırma aparıldığı bildirilmişdi. Təxminən 6 ay davam edən izlənmənin nəticəsi olaraq idarə əməliyyat zamanı 10 adamı nəzarət altına almışdı. Sən demə, Roma hər dəfə moda nümayişindən sonra modellərin pasportlarını əllərindən alıb, onlara Türkiyədə işlələyəcəklərini vəd edirmiş. Daha sonra isə qızları zorla fahişəliyə cəlb edilirmiş.
Gürcü əsilli Romazzo Roma 7 il superstar Aygün Kazımova ilə işləyib.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO