Tabloid.az
Cənnət xurmasının inanılmaz faydaları

Payızın gəlməsi ilə birlikdə piştaxtalarda görməyə başladığımız xurma sağlamlıq üçün ən faydalı meyvələrdən biridir. Xurma latın dilində “tanrıların meyvəsi” adlanır. Bir çox ölkədə isə bu meyvəyə "cənnət xurması" deyilir.
Xurmanın vətəni Çin hesab olunur. 500-ə qədər növü olan bu meyvəni korolyok, büzüşdürücü qafqaz, yapon kimi növləri daha məşhurdur.
Tabloid.az xəbər verir ki, xurma xüsusilə də mədə və bağırsaq xəstəlikləri üçün dərman qədər təsirlidir. Tərkibindəki pektin maddəsi həzmi yaxşılaşdırır. Məhz buna görədir ki, mədə xəstəlikləri zamanı tövsiyə olunur. Mədəni gücləndirir, qastritin yaranmasının qarşısını alır. Bağırsaq iltihabının sağalımasına kömək edir.
Xurmadan ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Orqaznimi xərçəng xəstəliyindən qoruyur.
Tərkibində bol miqdarda zülal, karbonhidrat, fosfor, kalsium, dəmir, sodium, maqnezium, həmiçinin, A, B1, B2, B3, C vitaminləri var.
İshalı sağaldan xurma qəzbiziyin aradan qalxması üçün də istifadə olunur.
Tərkibindəki maqnezium sayəsində böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır.
Yodla zəngin olan xurma qaraciyər və görmə qabiliyyətinə də müsbət təsir göstərir. Xurma sidikqovucu təsirə də malikdir.
Əsəb sisteminə müsbət təsir göstərir və işgüzarlığı artırır.
Həkimlər varikozdan əziyyət çəkən xəstələrə xurma yeməyi tövsiyə edirlər.
Tez doyuzdurduğu və aclıq hissini uzun müddətliyinə yox etdiyi üçün pəhriz saxlayanalr üçün də uyğun qidadır. 2-3 ədəd xurma yeyərək doya bilərsiniz, kalorisi az olduğu üçün kökəlməyə səbəb olmayacaq.
Xurma həm də anemiya, həmçinin qalxanabənzər vəzilərin fəaliyyətində olan problemlərdə, soyuqdəymənin profilaktikası üçün yaxşı vasitədir.
Tabloid.az

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı
-
Dünya12 İyul 16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO