Tabloid.az
Cennifer Lopes rüşvətxor polis ovuna çıxır - FOTOLAR
Amerikalı aktrisa və müğənni Cennifer Lopes 13 seriyalı "Shades of Blue" detektiv serialına çəkiləcək.
44 yaşlı "Cey Lo" serialda polisdə çalışan və övladını təkbaşına
böyüdən Harli Makkord rolunu oynayacaq.
ABŞ-ın Federal Təhqiqat Bürosunun Antikorrupsiya İdarəsi ilə əməkdaşlıq edən H.Makkord özünü başqa adam kimi qələmə verərək rüşvətxor polis həmkarlarının ifşa edilməsi ilə məşğul olacaq.
Teleserialın ssenarisi yayda yazılacaq. Ssenari müəllifi
Adi Hasak olacaq.
Teleserialın çəkilişləri 2015-ci ildə başlayacaq, həmin ilin
sonunda və ya 2016-cı ilin əvvəlində başa çatacaq.
Cennifer Lopes teleserialda baş rolu oynamaqla yanaşı, prodüser də olacaq. İkinci prodüser isə bir sıra realiti-şouların yaradılmasında iştirak etmiş Rayan Sökrestdir.
C.Lopes 1990-cı illərin əvvəllərində teleseriallara aktiv şəkildə
çəkilsə də, sonradan bu layihələrdən imtina edərək kinolentlərə
üstünlük verib.
Cennifer Lopesin baş rolda çəkildiyi son lent "B planı" komediyasıdır. Həmin film 2010-cu ildə ekranlara çıxmışdı./Milli.Az
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"