Tabloid.az
Uşaq otağı üçün alternativ metodlar - Fotolar
Körpə otağını hazırlamaq və bəzəmək (xüsusilə ilk uşağınızı gözləyirsinizsə) olduqca çətin ola bilər. Stressli olmamağa çalışın və tabloid.az-ın verdiyi təkliflərdən faydalanın.
Çox sevdiyiniz bir əşyanı nəzərə alın. Bu bir tablo və ya adyal ola bilər. Körpə otağının rənglərini bu sevdiyiniz parçanın rənglərindən seçin.
Otağa şəxsi detallar əlavə etməyi unutmayın. Divarlara rəngli şəkillər və ailə fotoları asın. Xüsusilə də körpənizin altını dəyişdirəcəyiniz küncə, onun diqqətini çəkəcək rəsmlər və ya obyektlər asın. Bu obyektlər uşağın diqqətini çəkərək, altı dəyişdirilərkən qıcıqlanmasına və hərəkət etməsinə mane olur.
Uşaq otağı üçün aldığınız hər şeyin yuyula bilən olmasına diqqət edin.
Otağa rahat, yellənən kreslo qoymağı qətiyyən unutmayın. Bu, gecənin bir yarısı, ya da səhərin erkən saatlarında uşağınızı yatızdırmağa çalışarkən rahat olmağınız üçündür.
Otaqdakı işıqlandırmanın nizamlanan olmasına diqqət edin. Bəzən çox işığa, bəzən də yüngül işığa ehtiyacınız ola bilər.
Otaqdakı artıq oyuncaqları, geyimləri yerləşdirmək üçün çoxfunksiyalı mebellər seçin. Ağlayan uşağınızla məşğul olarkən, ən narahatedici vəziyyət nizamsız və qarışıq bir otaqdır.
Otağı bəzəyərkən gələcəyi düşünün. Uşağınız məktəb çağına gələnə qədər mebel dəyişməyinizə ehtiyac qalmasın.
Dekorasiyanı mümkün qədər sadə edin. Divarlar üçün yapışdırıla və çıxardıla bilən dekorasiyalar seçin. Beləliklə, uşağınız böyüyəndə onun istədikləri ilə asanlıqla dəyişdirmək mümkün olacaq.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO