Tabloid.az
Qışın aksessuar dəbi nəyi diktə edir? - Fotolar
Qış dəbindən söz düşəndə ağla ilk növbədə əlcək, şərf və papaq modelləri gəlir. Bu aksessuarlar qış stilinin əsas detallarıdır və hər bir qadının qarderobunda mütləq yer almalıdır. Onlar aksessuar olmaqdan əlavə, bizi soyuğun təsirindən qoruyan geyimlərdir.
Şərflər
Uzun şərflər 2015-cü ildə xanımların stilini bəzəyəcək. Yun və toxunma boyunluqlardan isə heç bir xanım imtina edə bilməyəcək. Onlar hər zaman olduğu kimi bu il də dəbdədir. Geyimlərlə uyğunluq təşkil edən yun şərflər çox rahatlıqla kombinasiya edilir. Geniş naxışlı yun şərflər də diqqət mərkəzindədir. Kürklü boyunluqlar, xəzlər və bəbir təsvirli şərflər də son illərdə olduqca aktualdır. Bu qış da öz aktuallığını qoruyub saxlayır.
Əlcəklər
Bu ilin əlcək dəbi də çox rəngarəngdir. Hava proqnozu bu yaxınlarda qar yağacağını xəbər verir. Əllərinizin gözəlliyini qarlı hava ilə korlamaq istəmirsinisə, mütləq əlcək alın. 2015-ci ildə əlcək dəbi hər zaman olduğu kimi dəri və dirsəklərə qədər olan yun əlcək modellərini diktə edir. Barmaqsız əlcəklər əvvəlki qədər üstünlük təşkil etməsə də, yenə də istifadə edilir. Bu model əlcəkləri sensorlu telefonlardan rahat istifadə etmək üçün ideal hesab etmək olar. Zərifliyə və şarmına üstünlük verən xanımlar isə uzun əlcək modellərinə müraciət edə bilər. Onu da qeyd edim ki, bu il markalar qara, qırmızı, çəhrayı, təsvirli, bəbir naxışlı və yun əlcək modelləri təklif edir.
Papaqlar
Bu il qadınların papaq modelləri də son dərəcə fərqlidir. Xüsusən də yazılı, qaşlı, krujevalı, tüllü papaqlar xeyli məşhurdur. Daha sadə model istəyirsinizsə, ucunda toppuzu, qotazı olan yun papaqlara üstünlük verə bilərsiniz. Əl qabiliyyətiniz varsa və toxumağa meyllisinizsə, dilədiyiniz rəngdə papaq toxuya bilərsiniz. Dizaynerlər idman üslubunu sevənlər üçün də bir-birindən maraqlı papaqlar hazırlayıb. Üstündə maraqlı yazılar olan papaqlar idmansevərlərin ixtiyarına buraxılıb. İri şlyapalar da bu mövsüm xanımların ayrılmaz aksessuarına çevriləcək.
Tabloid.az hər tərzə uyğun istifadə edə biləcəyimiz qış aksessuarları modellərini təqdim edir:
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb