Tabloid.az
Yaraşıqlı futbolçunun zövqlü gözəli - Fotolar
Kişilər Viktoriya Bekhemin stilində baş verən inkişafa
nifrət edirlər. Onlar belə hesab edirlər ki, Viktoriyanın dəb
ehtirası Devidin karyerasının məhvinə gətirib çıxarır. Özü isə
əvəzində 4 uşaq dünyaya gətirib, stil ikonası titulunu qazandı,
nəhayət, böyük bir moda imperiyası yaratdı. Bəs görəsən qüsursuz
stil ikonasının 17 il əvvəlki stili necə olub. Tabloid.az Rusiya
mətbuatına istinadən Viktoriya Bekhemin stil inkişafını təqdim
edir. Britaniyanın məşhur ulduzunun stil yüksəlişini və süqutunu
gəlin birlikdə izləyək...
Onun 1997-ci ildə çeburaşkaya oxşayan gödəkcəsini qısa ətəklə birləşdirərək qəşəng kombin yaratmaq istəyi boşa çıxıb. Ayaqqabılar çox bərbaddır. Üstəlik, xəz boyunluğu olan gödəkcəsi çox gülməli görünür.
1998-ci il. Bu şəkilin çəkilməsindən 10 il sonra Viktoriya özünün cins brendini yaradır. Burda isə başdan ayağa cins trendinə ayaq uydurub. Məncə, maraqlıdır.
2000-ci il. Bu poza bütün futbolçu xanımlarına xasdır: qaralmış dəri, it və qısa ətək... Axı bu stilə hansı hücumçu tab gətirə bilər?
2002-ci il. Bu şəkildə Viki 2 oğul anasıdır. Üstəlik, kitab və albom buraxıb. Kitab yazandan sonra ciddi iş kostyumlarına nəzər salmağa başlayıb. Amma köynək yoxdur...
2005-ci il. Roland Mouret bu geyimi nə vaxtsa ayın donu adlandırmışdı. İlk dəfə Viki geyinmişdi. Daha sonra bu tərzi Holli Berri, Miranda Kerr və başqaları geyiniblər...
2007-2007-ci illərdə Viktoriya Bekhem eynək kolleksiyasını yaradır. Bu eynəklər hətta ən adi donu da təkrarolunmaz göstərir.
2010-cu il. O, bu libası "Oskar" gecəsinə geyinib. Düzgün və gözəl seçimdir.
2011-ci il. Burada Viktoriya 60-cı illərin tərzinə müraciət edib. Həmin il Viktoriya ilin dizayneri titulunu qazanmışdı.
2012-ci il. Londonda keçirilən Olimpiya çempionatının bağlanış mərasimində Viktoriya "Spice Girls" qrupu ilə birlikdə çıxmışdı. Lakin əvvəlki stilinə bir daha qayıtmayacağına dair işarə vermişdi.
2013-cü il. Viktoriya Keyt Middletondan sonra Böyük Britaniyanın ən nüfuzlu qadınların biri sayılır. O, uzun ətəkləri və bluzkalarını əsl aristokrat kimi daşıyır.
2014-cü il. Bu gün isə Viktoriya minimalizm qaydalarından kənara çıxmır. Sadə və eleqant, yığcam və qəşəng geyimlər seçir.
Qeyd edim ki, Viktoriya Bekhem yay aylarında qarderobunun çox hissəsini xeyriyyə məqsədi ilə satışa çıxartmışdı.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü