Tabloid.az
Rəhim Rəhimli iş prinsiplərini açıqladı - Video
Yerli şou biznesin ən tələbatlı kişi müğənnilərindən biri Rəhim Rəhimlidir. Onun bəstələdiyi mahnılar çıxdığı gün hitə çevrilir. Misal üçün son ifa etdiyi bir neçə mahnının adını çəkmək kifayətdir. “Yetər”, “Bir zamanlar”, “Dön geri”, “Balta” və s....
Müğənninin son ifa etdiyi “Olmaz” hiti isə radioları darmadağın etməklə yanaşı hit paradların birinci pilləsini də artıq ələ almağı bacarıb. Yeni ilin əsas mahnısına çevrilən mahnı artıq ən sevilən mahnılardan biridir.
Öyrəndik ki, müğənni hazırda Şəkidədir: "Hər ay demək olar ki, burdayam. Şəki pitisindən ötrü ürəyim gedir. Azərbaycanda yalnız Şəkiyə gedirəm. Buranın təbiəti, havası məni valeh edir".
Tabloid.az-a eksklüziv açıqlamasında müğənni həmçinin səhnəyə gec-gec çıxmasınıın səbibini də açıqlayıb:
“Mən efirdə gündə görünmək arzusu ilə yaşayan insan deyiləm. Keyfiyyətli iş çıxartmağı sevirəm. Dünya ulduzlarına baxırıq. Məgər onlar hər gün efirdədirlər? Onların efirdə hər çıxışı bir şoudur. Məhz buna görə də onlar efirə çıxmaları əməlli başlı şouya çevrilir. Yəni onlar əsl şou göstərirlər. Mən də Azərbaycanda bu tendensiya ilə işləyirəm. Qoy gec olsun amma keyfiyyətli olsun”
Qeyd edək ki, müğənni son müzakirələrə səbəb olan şousunu ATV telekanalında yayımlanan “Gündəlik” verilişində nümayiş etdirib. O, hər ifasını müxtəlif rəqs qruplarının müşayiəti ilə birlikdə edib. Hətta efirə üzərilərində ilan olan 2 rəqqasə də müğənninin mahnısı boyu rəqs ediblər.
Tabloid.az verilişdən həmin görüntüləri təqdim edir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı