Tabloid.az
Madonna oğurluq şokundan oyandı və ...
Amerikanın pop kraliçası Madonnanın 3 il üzərində işlədiyi albom hakerlər tərəfindən oğurlandıqdan sonra müğənni şok yaşadı. “Rebel heart” albomuna daxil olan 19 mahnıdan 13-nün internetdə qeyri- qanuni şəkildə yayılması müğənninin heyranları üçün bayram idisə, sənətçinin özü üçün bu qara bayram idi. Bütün zəhmətinin puça gedəcəyindən qorxan müğənni gələn ilin mart ayında işıq üzü görməli olan albomunu satışa çıxartdı.
10 mart 2015-ci ildə tam olaraq işıq üzü görməli olan albomun öncədən ödəniş etməklə 6 mahnısını indidən almaq şansı dinləyicilərin ixtiyarına verilir. Bu mahnılar “Living For Love”, “Devil Pray”, “Ghosttown”, “Unapologetic Bitch” və “Bitch I’m Madonna” sinqllarıdır. “Bitch I’m Madonna” mahnısını Madonna Niki Minaj ilə duet oxuyub.
Pop kraliçanın albomu iTunes-də satışa çıxdığı ilk gün aylardır liderliyi əldən verməyən Teylor Svifti yerindən tərpətməyi bacarıb.
Hətta Amerikanın Rusiya ilə apardığı soyuq müharibəyə baxmayaraq, Madonna Rusiya iTunes şəbəkəsində ilk 6 pilləni ardıcıl olaraq ələ almağı da bacarıb.
Albomun gələn il çıxacağına baxmayaraq, satışa çıxdığı 2-ci gün “Rebel Heart” artıq 42 ölkədə ilk pilləni ələ alıb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı