Qadınları mətbəxə cəlb edən alətlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Qadınları mətbəxə cəlb edən alətlər - Fotolar

Qadınları tənbəllikdən uzaqlaşdırıb mətbəxə cəzb edən alətlər - Fotolar

Belə bir məsəl var ki, kişilər mətbəxə girdikdən sonra qadınların həyatı asanlaşmağa başlayıb. Lakin qadınların ən böyük kəşfləri yazısını oxuyandan sonra bunun həqiqətə uyğun olmadığını öyrəndim. Xatırladım ki, qabyuyan maşın, soyuducu qapağındakı rəflər və mətbəx mikseri kişi deyil, qadın kəşfləridir.

Hər bir qadın kimi mən də mətbəx işlərini asanlaşdıran məhsullara çox maraqlıyam. Anam tənbəl olduğumu düşünsə də, əksinə, vaxta qənaət edən məhsullar məni tənbəllikdən uzaqlaşdırır və yeni alətləri sınağım üçün mətbəxə cəzb edir.

Burada ən çox bəyəndiyim vişnə tumu çıxaran, göyərti doğrayan, banan dilimləyən, hətta xəmir yoğuran və qarpız doğrayan alətlər mətbəxin sehirli çubuqlarıdır.

Yumurta sarısı ayıran sevimli alətin təmizliyi məni bir az düşündürdüyündən istifadə etməyi güman edirəm. Turşu doğrayan kimi görünən çoxlu bıçaq da olduqca münasib görünür. Sarımsaq əzici adətən çoxu evdə olsa da, onları daha müasiri ilə dəyişdirmək yaxşı olardı.

Banan soyan və amerikan armudu dilimləyici bir qədər lazımsız görünür, qarğıdalı təmizləyici diskriminator isə salat və çərəzlərdə konserv və ya dondurulmuş əvəzinə öz qaynatdığı qarğıdalını istifadə etmək istəyənlər üçün çox idealdır.

Limon suyunu sıxmaq üçün düzəldilən verizator həqiqətən limon suyu çıxara bilərmi? Əslində çox da inandırıcı gəlmir.

Son olaraq soğan doğrayanda barmaq qoruyucu təhlükəsizlik üçün yaxşı bir tədbirdir. Tabloid.az mətbəxdə qadınların həyatını asanlaşdıran fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm