Sosial həyata zəbrə vuran ağız qoxusuna qarşı möcüzəli bitkilər
Bizi izləyin

Tabloid.az

Sosial həyata zəbrə vuran ağız qoxusuna qarşı möcüzəli bitkilər

Sosial həyata zəbrə vuran ağız qoxusuna qarşı möcüzəli bitkilər

Bir çox adamın dərdi olan ağız qoxusu sosial həyata da zərbə vurur. Narahatlıq verən bu qoxuyla mübarizədə bir çox bitkilər köməyə yetişir.

İnsanın özünə və ətrafındakılara narahatlıq verən ağız qoxusu, burun, ağız, tənəffüs yolu və mədə problemləri nəticəsində ortaya çıxa bilər. Bunlar da çox zaman xroniki infeksiya ilə bağlıdır. Məsələn, çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq (artıq ət) vəzisi iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və sinus xəstəlikləri ağız qoxusuna yol açır. Məşhur inancın əksinə olaraq qəbizlik nəfəsin pis qoxumasına səbəb olmur. Mütəxəssislər ağız qoxusundan əziyyət çəkənlərə antiseptik diş pastaları və qarqara təklif edirlər. Həmçinin də bəzi bitkilərin müsbət təsirlərini də unutmaq lazım deyil. Tabloid.az xarici mətbuata istinadən ağız qoxusuna qarşı möcüzəvi təsir göstərən bitki və qarışıqlardan bəzilərini təqdim edir:

Yovşan otu: Bir fincan qaynar suya yarım çay qaşığı yovşan otu atıb soyuduqdan sonra süzərək səhərlər qarqara edilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Zəncirotu: Həvəngdəstədə döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökü bir litr suyun içinə qatılıb qaynadılır. Sonra süzülüb gün ərzində fasilələrlə cəmi 3 çay fincanını keçməmək şərti ilə içilir.

Sürünən dirçək: Bir litr suyun içinə incə doğranmış bir ovuc sürünən dirçək otu qatılıb bişirilir. Daha sonra lazım olanda qarqara edilərək istifadə edilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Ənginar: Bir litr suya bir ovuc qaynadılmış ənginar qatılıb qaynadılır. Süzülüb qarqara edilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Bağayarpağı: Bir litr suyun içinə nazik doğranmış bir yemək qaşığı bağayarpağı, biyan kökü və ling otu yarpağı qatılıb bişirilir. Daha sonra süzərək gün ərzində fasilələrlə qurtumlanaraq cəmi 3 çay fincanı qədər içilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Turp: Bir litr suyun içinə bir yemək qaşığı rəndələnmiş turp, narıngi qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzərək qarqara edilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Badam-bal: Həvəngdəstədə döyülən badam bal ilə qarışdırılıb acqarnına bir çay qaşığı yeyilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Tarhana: Bir çay qaşığı tarhana ağız içində uzun bir müddət saxlanılaraq udulur.

Ağız kokusuyla mücadele eden 9 karışım

Kərəviz: Bir litr suya kərəviz yarpağı qatılıb qaynadılır. Bir müddət saxladıqdan sonra süzülüb gün ərzində qarqara edilərək istifadə edilir.

Ağız kokusuyla mücadele eden 9 karışım

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm