Makiyajsız məşhurlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Makiyajsız məşhurlar - Fotolar

Makiyajsız azərbaycanlı məşhurlar

Tabloid.az məşhur şou-biznes ulduzları arasındakı təbii gözəlləri araşdırıb. “Təbii gözəllik” deyəndə ki, cərrahi müdaxilələr nəticəsində müğənnilərimizin əksəriyyətində təbiilikdən hər hansı əlamət qalmayıb. Amma kifir olanı elə də çox deyil.

Xalq artisti Aygün Kazımovanı makiyajsız görmək çətin deyil. Görünüşü ilə bağlı hər hansı kompleksi olmayan müğənni nə cərrahi əməliyyatlardan əvvəlki görkəmindən, nə də bəzək-düzəksiz görünməsindən narahatdır.

Müğənni Aygün Bəylər də uzun illər pərəstişkarları qarşısına makiyajsız çıxıb. Sonradan həyatı ilə bərabər görkəmini də dəyişib. İndi “kepkalı Aygün”dən hər hansı əlamət qalmayıb. Bəzənib-düzənməklə gözəlliyinə gözəllik qatan Aygün Bəylər indi öz görkəminə görə əsl xanımdır.

Müğənni Rəqsanə İsmayılova “gözəllik qurban tələb edir” deyib bu yolda qucaq-qucaq pullar töksə də, istəyinə zərrə-zərrə, qram-qram nail olur. Ona nə keçirdiyi çoxsaylı əməliyyatlar, nə də ənlik-kirşan kömək edir. Buna baxmayaraq, ona çirkin də demək olmaz.

Xalq artisti Brilliant Dadaşova ildən-ilə gözəlləşir. Gözəlləşməsini isə plastik əməliyyatlarla deyil, düzgün makiyaj etməyi öyrənməyi ilə izah edir. Necə deyərlər, Brilliant xanımın gözəlliyi ondursa, doqquzu ənlik-kirşanla bağlıdır.

Müğənni Xatirə İslam ənlik-kirşan olmadan da gözəgəlimlidi. Üz cizgiləri ona xoş görkəm, təbiətindəki aqressivlik isə sərtlik verir. Buna baxmayaraq, pərəstişkarları arasında bədən quruluşuna, zövqünə, geyiminə irad tutanlara rast gəlsək də, hələlik üz gözəlliyinə bir söz deyən olmayıb.

Muğam ifaçısı Gülüstan Əliyevaya baxan ona “nənə” deməz. Cavanlığını, mülayimliyini, təravətini qoruyan məşhur xanəndə Tabloid.az-ın obyektivindən makiyajsız olduğu üçün yayınmaq istəsə də, sonradan vaz keçdi. Hər halda, belə də gözəl olduğunu bildiyindəndir.

2 uşaq anası müğənni Lalə Məmmədova cəlbedicidir. Bəzək-düzək olmadan solğun görünsə də, kifir deyil. Ancaq boyalarla üz cizgiərini gücləndirən müğənniyə göz makiyajı xüsusilə yaraşır.

Müğənni Nura Surinin də gözləri müdaxilə olmadan cansız görünür. Müğənninin yəqin özü də bilir ki, gözləri kölgə olmadan, sürmə çəkmədən parıldamır. Elə ona görə də, müğənninin boyasız şəkillərinin əksəriyyəti eynəklədir. Başqa sözlə, müğənni boya ilə üzə çıxara bilmədiyi gözəlliyi eynəklə gizlədir.

Röya Ayxanın səsi kimi, özü də sevilir. Tamaşaçı qarşısına necə çıxır-çıxsın, qəbul edilir. Ancaq buna görə Röyanın üzündə şeytan tükü axtarmağa ehtiyac yoxdu. Onu sevdirən olduğu kimi görünməsi, göründüyü kimi də olmasıdır.

Rəqqasə Oksana Rəsulova bəzək-düzəksiz son dərəcə solğun görünür. Hind rəqslərinin mahir ifaçısına istər gündəlik makiyaj, istərsə də, səhnə bəzəyi çox yaraşır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm